adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
22 Noyabr 2021 14:07
1122
ANALİZ

Erməni qızları ilə evlənmək Rusiya SM- n Azərbaycanı tərk etməsinə mane ola bilərmi?: Jurnalistdən ilginc təklif

Yeqin ki, oxucularımızın yadnda olar. Təxminən sentyabr ayı idi. Sosial şəbəkələrin erməni seqmentində Xankəndidəki son vəziyyət müzakirə predmeti olub.


Xankəndidəki xoşagəlməz hallar barədə yazılan şərhlərdə deyilir ki, “Bizim qızlarımız necə evlənəcəklərini bilmirlər. Qızlarımızı rus sülhməramlıları korlayırlar, onlardan nə qədər qız hamilə qalıb. Sülhməramlıların pulu var, pulluların qarşısında ermənilər acizdirlər”


Xankəndi sakini, 25 yaşlı Qayane Qrantovna Arzumanyanın Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığına müraciəti olmuşdu. Arzumanyan rusiyalı sülhməramlıdan hamilə qaldığını, bətnindəki uşağın atasını axtardığını demişdi. Bəlli olmuşdu ki, bu ilin yanvarın 4-də Q.Arzumanyan Xankəndində xidmət çəkən rusiyalı sülhməramlı, baş leytenant Artyomla tanış olub."Artyomla iki həftə görüşdük. Sonra o, nə mesajlarıma, nə də telefon zənglərinə cavab verdi. Ondan hamilə qalmışdım. Özünə dedim", - Q.Arzumanyan söyləmişdi.


Qayane Arzumanyan o zaman hamiləliyin 6-cı ayında olsa da, Artyomu arayıb tapa bilmədiyini boldirmişdi.
Arzumanyanlar ailəsi isə bildirmişdirlər ki, Qarabağdakı rüsiyalı sülhməramlı kontingentin komandanlığı aradıqları baş leytenant Artyomla bağlı heç bir məlumat vermirlər, bu zabitin harada olduğunu söyləmirlər.
"Çox yəqin onu artıq Qarabağdan çıxarıb Rusiyaya qaytarıblar, yerinə də başqa zabiti gətiriblər", - Qayanenin atası Hovanes Arzumanyan söyləyib.
Qarabağlı erməni qadınların rusiyalı sülhməramlılarla "amur" macəraları bununla bitmir. Ermənilərin sosial şəbəkələrdə yazdıqlarına görə, hazırda Xankəndində onlarla, bəlkə də yüzlərlə erməni qadın rusiyalı sülhməramlılardan hamilə qalıblar.
Onların bəziləri bu "eşq əhvalat"larını ərlərindən və ailələrindən gizlədir, bəziləri isə bətnlərində daşıdıqları körpənin atasının "cavab verməsi"ni istəyirlər. Eyni situasiya Ağdərədə, hətta Əsgəranda da müşahidə olunur.


Ağdərədə 2, Əsgəranda bir erməni qadının rusiyalı sülhməramlılarla "eşq məcarası"ndan övlad dünyaya gətirəcəkləri vurğulanır. Ermənistan mediası bu barədə yazmır və məlumat vermir, rəsmi İrəvan isə ümumiyyətlə, heç nə baş vermişmiş kimi davranır. Problem isə var. Qarabağlı ermənilər etiraf edirlər ki, həddən artıq ağır və məşəqqətli həyat şərtləri onların qadınlarını belə davranışlara vadar edir.
Rusiyalı sülhməramlılarla münasibətlər quran qarabağlı erməni qadınlar və qızlar isə çıxılmaz vəziyyətdə qaldıqlarını, ailələrində qıtlıq, yoxsulluq və faktiki yarıac durumun yaşandığını deyirlər.Onlar deyirlər ki, belə davam edərsə, Xankəndində atası rus sülhməramlı, anası erməni uşaqlar artacaq.


 Adalet.az xəbər verir ki, ötən həftənin sonu rusiyalı jurnalist Valeriya Olyunina özünün Teleqram səhifəsində ilginc açıqlaması ilə  yadda qalıb.

Xanım jurnalist paylaşımında rus sülhməramlılarına Qarabağda yaşayan və müharibədə əri ölmüş erməni qadınlarla ailə qurmağı təklif edib. Belə bir açıqlama ilə təəccüb yaradan Olyunina  “səbəb”i qəribə bir məntiqlə əsaslandırır:” Belə olacağı təqdirdə rus sülhməramlılarının 4 il sonra da Qarabağda qalmaları üçün səbəb olacaq”.
Olyuninaya görə, əgər rus sülhməramlıları əri müharibədə ölmüş erməni qadınlarla ailə qursalar, Qarabağ üçün Rusiya uğrunda mübarizə aparırmış kimi savaşa biləcəklər:
“Konstantin Zatulinin “Sputnik-Ermənistana” müsahibəsini maraqla dinlədim. Mənə aydındır ki, indi “artsax”da ərləri öldürülmüş çoxlu gənc qadın var. Hesab edirəm ki, rus əsgərləri onlarla evlənə, ailə qura, uşaq dünyaya gətirə və bu torpaq üçün vətənləri kimi vuruşa bilərlər. Beləliklə onların burada dörd ildən çox qalmasına səbəb yaranar. Bu, həm də imperiyanın yaranmasının təməli olar. Sülhməramlılıq gözəl missiyadır, lakin kifayət deyil”.

P.S. Bütün dünya bilir ki, erməni qızlarına başqa millətlərin nümayəndələri ilə eşq yaşamaq fahişə Anahitidən qalan missiyadır və o missiya indi də  "uğurla" həyata keçirilir.  Allah xasiyyətinizi kəssin

 Əntiqə Rəşid


 

Digər Xəbərlər