Erlinq Holann Messinin nailiyyətini təkrarlayıb, tarixə düşüb
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.
Adalet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu buna Almaniya "Leyptsiq"inə 7:0 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab matçında nail olub.
Qarşılaşmada beş qola imza atan forvard Lionel Messi və Luis Adrianonun rekordunu təkrarlayıb.
Messi 2012-ci ildə İspaniya "Barselona"sında çıxış edərkən Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qarşı görüşdə, Adriano isə 2014-cü ildə Ukrayna "Şaxtyor"unun heyətində Belarusun BATE klubu ilə oyunda penta-trik edib.
Bundan əlavə, Holann qitənin bir nömrəli klub turnirində 30 qola ən gənc yaşda çatan futbolçudur. Meydana çıxdığı 25 matçda 30 dəfə fərqlənən norveçli hücumçu bu nəticəyə 22 yaş 236 günündə imza atıb.
Digər Xəbərlər
13 Mart 2026 09:51
“Araz-Naxçıvan” “Karvan-Yevlax”ı, “Sumqayıt” “Şamaxı”nı qəbul edir
13 Mart 2026 09:48
Konfrans Liqası: 1/8 finalın 8 matçı keçirildi
13 Mart 2026 00:07
“Samsunspor” İspaniya klubuna məğlub oldu
12 Mart 2026 22:30
Günay Qurbanova Avropa çempionu oldu
12 Mart 2026 14:16
"Qəbələ" – "Neftçi" və "Zirə" – "Qarabağ" matçlarının hakim təyinatları açıqlandı
12 Mart 2026 12:10
Konfrans Liqası: “Samsunspor” İspaniya klubuna qarşı
12 Mart 2026 11:35
"Formula-1": Marşal qeydiyyatına start verildi
12 Mart 2026 09:10


Bakı -°C

