Ərindən ayrıldı, Azərbaycanı tərk etdi

Bloger Nagehan Abdullayeva Azərbaycandan gedib.
Adalet.az xəbər verir ki, N.Abdullayeva bu haqda instagram hesabında məlumat yayıb. O, bir müddət əvvəl həyat yoldaşı Fərid Abdullayevdən ayrılmışdı. Nagehan dostları və izləyiciləri ilə belə vidalaşıb:
“Sevgili izləyicilərim. Hörmətli Aərbaycanım. Fikirlərimi dostlarmın köməkliyi ilə səhvsiz yazmağa çalışacam. İllər əvvəl gözüm gülərək gəldiyim Bakımdan gözüm arxada qala-qala ayrıldım. Həyatımı orada qurmuşdum, mənim şəhərim olmuşdu. Siz də “Türk gəlini” deyə-deyə məni qəbul etmişdiz. Hər biriniz var olun.
Bir neçə gün əvvəl atam Bakıya son əşyalarımı toplamağa gəldi.. Qismət… Bağım demək olar ki, kəsilir. Orada çox dostlarım var, çalışdığım insanlar var. Gəlib, qayıdacam, amma başımı salacaq bir yuvam olmayacaq. Bir qonaq kimi Bakıda olmağım məni incidəcək, amma olsun. Hər şey hamı üçün yaxşı olsun. Çətin günlər keçirirəm, bəzən xoşbəxtliyi oynayıram.. Sağlıq olsun. Daha gözəl günlərə doğru… Haqqınızı halal edin.”
Əntiqə
Digər Xəbərlər

Dilan Polat və Engin Polatdan “həbsxana romantikası”: Öpüşməyin yolunu tapdılar

Yeni ildə qazanacaqları qonorarla diqqət çəkdilər - SİYAHI

Hadise: “Eyni dildə danışırıq, bu dəfə tam başqayıq”
