Ərdoğanla Merkel arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Adalet.az-ın məlumatına görə, danışıqlar zamanı tərəflər Şərqi Aralıq dənizi regionunda hazırkı vəziyyət başda olmaqla digər regional məsələləri müzakirə ediblər.
R.T.Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki məsələlərin beynəlxalq hüquq çərçivəsində və dialoq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib.
Bundan başqa, tərəflər Türkiyə-Almaniya münasibətlərini də müzakirə ediblər.
Qeyd edək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Şərqi Aralıq dənizində neft axtarışlarını dayandırmasının məqsədəuyğun olduğunu deyib. O, həmçinin Fransanın bölgədə hərbi mövcudluğunu artıracağını ifadə edib.
Digər Xəbərlər
30 Aprel 2024 14:31
Buriç İrəvanla Bakı arasında demarkasiya prosesindən danışdı
30 Aprel 2024 14:26Makronun "ayıb" siyahısındakı "səfir Ann Buayon" səhifəsi - Getmək və qayıtmaq "ayıb"ı
30 Aprel 2024 14:10Mina probleminin aradan qaldırılmasında xarici dəstəyin göstərilməsi zəruridir - XİN
30 Aprel 2024 13:14Fransa səfiri Azərbaycana QAYITDI
30 Aprel 2024 12:58