Ərdoğanla Makron regional məsələləri müzakirə etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, liderlər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Ərdoğan söyləyib ki, iki ölkə arasında dialoqun artırılması münasibətlərə müsbət töhfə verəcək. Onun sözlərinə görə, ölkələr arasında müdafiə sənayesi başda olmaq bir çox sahə üzrə əməkdaşlıq potensialı var.
Türkiyə lideri həmçinin qeyd edib ki, Avropa İttifaqının (Aİ) Suriyaya qarşı sanksiyaları aradan qaldırması tamamilə məqsədəuyğun addımdır.
Ərdoğan deyib ki, Türkiyə Suriyaya dəstəyini müntəzəm davam etdirəcək.
Türkiyə dövlət başçısı eyni zamanda HƏMAS ilə İsrail arasında atəşkəsin qorunmasının və davamlı həll yolunun təmin olunması üçün addımların atılmasına ehtiyac olduğunu qeyd edib.
Digər Xəbərlər
27 Mart 2026 18:21
“İraqdakı kimi rejimi bəhanə edib İslamın tarixini silməyə yönəlmiş bütün növ fəaliyyət...”
27 Mart 2026 18:09
"İrana zərbələr gücləndiriləcək" - İsrailin müdafiə naziri
27 Mart 2026 16:00
Peskov Xəzər Boru Kəməri ilə bağlı bu məlumatı təkzib etdi
27 Mart 2026 12:01
İstanbulda “STRATCOM” sammiti keçirilir
27 Mart 2026 11:38
Beş ərəb ölkəsi ABŞ-yə İrana zərbələr üçün dəstək verib - İDDİA
27 Mart 2026 10:37
BƏƏ Hörmüz boğazında hərbi-dəniz qüvvələri yerləşdirə bilər
27 Mart 2026 10:29
Yeni dollarların üzərində Trampın imzası olacaq
27 Mart 2026 09:26


Bakı -°C

