adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Sentyabr 2018 11:38
10224
SİYASƏT

Ərdoğanın Azərbaycana səfəri başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Adalet.az xəbər verir ki, Ərdoğan Türkiyə vaxtilə 09.10-da Atatürk hava limanından Bakıya yola düşüb. Onunla birlikdə milli müdafiə naziri Hulusi Akar da Azərbaycana gəlir.

Qeyd edək ki, Ərdoğan Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə paytaxtımızda keçiriləcək tədbirdə iştirak edəcək.