adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Oktyabr 2017 17:13
12402
SİYASƏT

Ərdoğanın Azərbaycana gələcəyi vaxt məlum oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.Adalet.az xəbər verir ki, diplomatik mənbələrdən APA-ya bildirilib ki, səfər oktyabrın 30-da baş tutacaq.

R. T. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.

Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.