Ərdoğandan Yunanıstanın Baş nazirinə XƏBƏRDARLIQ: "Özünə çəki-düzən ver"
“NATO Zirvəsində bütün liderlərin “Vasitəçi olaq, sizi Yunanıstanla bir araya gətirək” təklifi oldu. Biz isə “Üzrlü sayın, hələlik buna ayıracaq vaxtımız yoxdur” dedik”.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitindən sonra türkiyəli jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Yunanıstanın başında duran zatın münasibəti artıq bəlli olub. Bu münasibətə qarşısında da bəzi vasitəçiləri işə salırlar”, - dövlət başçısı söyləyib.
Türkiyə liderinin sözlərinə görə, Yunanıstanın Egey dənizindəki adaları silahlandırması ortadadır:
“Digər tərəfdən, hava məkanımızı daim pozurlar. İndi bizimlə razılaşmaq istəyən hava məkanımızı pozaraq bizi təxribata çəkərmi? Hələ üstəlik adalara da gedir. Oradan beton sığınacaqlar tikərək, çuxurlar qazaraq siqnal verməyə çalışır. Onun yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı. Bütün bunları o etdiyi üçün, üzrlü saysın, biz bu il Yüksək Səviyyəli Strateji Şuranın iclasını keçirə bilmərik və keçirməyəcəyik. O artıq indi Türkiyədəki prosesləri gözləməlidir. Qoy özünə çəki-düzən versin. Özünü yığışdırmayandan sonra bir araya gəlməyimiz mümkün deyil”.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00
Rusiyada keçmiş nazir həbs edildi
17 Sentyabr 2026 19:45
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub
17 Sentyabr 2026 19:23
“Bizə nə edəcəyimizi diktə edə bilməzlər” - Trampa cavab verdi
17 Sentyabr 2026 19:04


Bakı -°C

