Ərdoğandan seçkidən sonra ilk açıqlama: “Bu, tarixi hadisədir”
"Referendumun nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzu edirəm"Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan referendumla bağlı səsvermənin nəticələrinin elan edilməsindən sonra keçirdiyi mətbuat konfransında deyib.
Səsvermədə fəal iştirak etdiyinə görə türk xalqına təşəkkür edən Prezident Ərdoğan bildirib :
"Bu, tarixi hadisədir. Bu gün 200 illik sistemin dəyişdirilməsi barədə tarixi qərarın verildiyi gündür. Bu dəyişikliklərə "hə” deyənlərə minnətdarlığımı bildirirəm”.
"Biz qarşılaşacağımız hər problemi, çətinliyi, böhranı aradan qaldırmaq iqtidarındayıq. Bunun bariz nümunəsini 15 iyul hadisələri zamanı gördük”, - deyə Prezident Ərdoğan əlavə edib. (AzərTAc)
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39