adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2019 13:20
24243
SİYASƏT

Ərdoğana inanaq, yoxsa Çavuşoğluna?

Çin dövlətteleviziyası Yaponiyanın Osaka şəhərində keçirilən G20 zirvəsində Çinin dövlətbaşçısı Şi Sinpinlə Türkiyə prezidenti R. T. Ərdoğanın görüşü barədə hamınıntəəccübünə səbəb olan reportaj yayımlayıb. Reportajda bildirilir ki, Ərdoğangörüş əsnasında Çinin ölkədəki müsəlman azlığına qarşı sərgilədiyi münasibətdəndanışarkın deyib: "Çinin Sincan vilayətindəyaşayan müsəlmanların da ölkənin inkişafı və rifahı içində çox xoşbəxt bir ömür sürmələri birhəqiqətdir. Türkiyə Çin münasibətlərini pozmağa heç kimə izn verməz. Türkiyəqəti şəkildə bu cür pozuculuq niyyətlərinə qarşıdır və Çinlə siyasi və iqtisadimünasibətlərdə qarşılıqlı etimadın gücləndirilməsini arzu edir”.

Xatırladaq ki, Çinhökuməti ölkədəki uyqurların və digər müsəlman azlıqların hüquqlarını kobudşəkildə pozduğuna görə daim beynəlxalq birliyin sərt tənqidlərinə tuş gəlir.Rəsmi Pekin öz vətəndaşları ilə sanki terrorçularla davrandığı kimi davranmaqdaittiham edilir. BMT-nin məlumatına görə ölkədə bir milyondan çox müsəlman heçbir ittihamsız-filansız xüsusi həbs düşərgələrində saxlanılır.

Maraqlı burasıdırki, Çində müsəlmanların hüquqlarının pozulması daim Türkiyə hökumətinin dədiqqətində olub və zaman-zaman hökumət səviyyəsində buna sərt təpki göstərilib.Elə bu ilin fevral ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin İnsan Haqqları Şurasında etdiyi çıxışında Çininölkədəki uyğurların və digər müsəlmanların hüquqlarının ciddi şəkildə pozulduğunu bildirmişdi. Xariciişlər nazirliyi ayrıca olaraq verdiyi bir bəyanatda isə uyğurlara qarşıyürüdülən ayrı-seçkilik siyasəti və el aşığı Əbdülrəhim Heyitin ölümüylə bağlıbunları bildirmişdi: "Özbaşına həbslərə məruz qalan bir milyondan artıq uyğurtürkünün düşərgə və həbsxanalarda ağır işgəncələrlə üzləşməsi artıq heç kiməsirr deyil. Düşərgələrdə olmayan uyğurlar da ciddi təzyiqlər altında yaşayır.XXI əsrdə kütləvi həbs düşərgələrinin mövcudluğu və Çin rəsmilərinin uyğurtürklərinə qarşı sistemli şəkildə yürütdükləri assimliyasiya siyasəti insanlıqadına bir utancdır”.

Bütün bunların fonunda ƏrdoğanınÇinin dövlət rəhbəri ilə görüşündə uyğurlara yönəlik siyasət haqqında söylədiyikomplimentlər çox ciddi suallar yaradır.

Adalet.az