12 Avqust 2025 18:34
153
DÜNYA

Ərdoğan Zelenski ilə müzakirələr apardı - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı ölkəsinin Ukrayna ilə bağlı sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

"Türkiyə liderlərin sammitinə ev sahibliyi etməyə hazırdır, hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılması sammitin görüşünə yol açacaq", - Türkiyə prezidenti bildirib.

Söhbət zamanı Ərdoğan üç raundunun İstanbulda keçirildiyi Rusiya və Ukrayna arasında birbaşa danışıqlar nəticəsində əldə olunan irəliləyişə diqqət çəkib, həmçinin növbəti raundların səmərəli olacağına ümid etdiyini bildirib. Bundan əlavə, o, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə davam etdiyini deyib. 

 

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki, bu  barədə Türkiyə hökuməti məlumat yayıb. 

Bildirilir ki, telefon danışığında Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, o cümlədən regional və qlobal məsələlər müzakirə edilib.