Tarix bilinməsə də, görüşəcəkləri təsdiqləndi

Ukrayna prezidenti Volodimir Zelenski onunla, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampla üçtərəfli görüşün planlaşdırıldığını deyib.
Adalet.az xəbər verir ki, ukraynalı liderin sözlərinə görə, danışıqların tarixi müəyyən edilməyib.
"Əlbəttə ki, liderlər səviyyəsində üçtərəfli görüşümüz olacaq, amma tarixi bilmirəm", - o, Putin və Tramp arasında Alyaskada keçiriləcək danışıqları şərh edərkən deyib.
Zelenski qeyd edib ki, Rusiya Federasiyası və ABŞ liderlərinin görüşü onların ikitərəfli treki üçün vacib ola bilər, lakin onsuz "Ukrayna ilə bağlı heç nə qəbul etməyəcəklər".
Zelenski ümid etdiyini bildirib ki, Tramp Ukrayna ilə bağlı danışıqlarda iştirak etmədən mühüm qərarlar qəbul etməyin mümkün olmadığını başa düşür və anlayır.
Digər Xəbərlər

Putin və Kim Çen In müzakirə APARDI

Lavrov və Rubionun telefon danışığı oldu

Türkiyənin dörd vilayətində meşə yanır

Cənubi Koreyanın keçmiş birinci xanımının həbsinə order verildi

ABŞ bombardmançı təyyarələri Rusiya sərhədi yaxınlığında

Zelenski: Ukrayna Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin nəticələrini tanımır

Ərdoğan Kavelaşvili ilə hərbi sahədə əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
