Ərdoğan və Tramp bu sammitdən öncə görüşəcək

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp iyunda Haaqada keçiriləcək NATO sammitindən əvvəl görüşməyi planlaşdırır.
Adalet.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Ərdoğan və Trampın birlikdə qatılacağı ilk beynəlxalq sammit 24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammiti olacaq. Lakin buna qədər iki liderin Türkiyədə və ya ABŞ-da görüşü gözlənilir”, - nəşr yazıb.
Qeyd edək ki, CNN Ağ Evdəki mənbələrə istinadən Trampın gələn ay Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər edə biləcəyi haqda məlumat yaymışdı.
Digər Xəbərlər

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk

ABŞ Yəmənə hücumlara 1 milyard dollardan çox pul xərcləyib
