Ərdoğan: Türkiyə və Azərbaycanın öhdəsindən gələ bilməyəcəyi problem yoxdur
Türkiyə və Azərbaycan "İki dövlət, bir millət” prinsipinə əsaslanaraq bütün problemləri aradan qaldıra bilər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) iclasında çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyədir.
R.T.Ərdoğan qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakı sammiti çox vacib hadisədir: "300 milyon nəfəri birləşdirən türk dünyası çox böyük potensiala malikdir. Baxmayaraq ki, bizim dövlətlərimiz fərqlidir, biz bir millətin övladlarıyıq”.
R.T.Ərdoğan qeyd edib ki, Türk Şurası bütün sahələrdə münasibətləri möhkəmləndirməlidir və hazırda türk iş adamları bütün ölkələrdə işləyirlər.
Digər Xəbərlər
01 May 2024 11:45
Prezident: “İndi biz sülhə doğru gedirik”
01 May 2024 11:43Prezident: “Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir”
01 May 2024 10:51Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
01 May 2024 10:48Prezident: “Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub”
01 May 2024 10:44