Ərdoğan tezliklə Putini Türkiyədə görməyə ümid edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putini ölkəsində görməyə ümid edir.
Adalet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Ərdoğan Çində keçirilən ŞƏT sammiti çərçivəsində Putinlə görüşü zamanı Putinin Türkiyəyə səfər etməsi ilə bağlı dəvətin qüvvədə olduğunu xatırladıb: "Dəvət qüvvədədir və biz yaxın vaxtlarda sizi ölkəmizdə görməyi arzu edirik".
Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətləri konyunktur problemlərin təsirinə məruz qalmadan inkişaf edir.
Digər Xəbərlər

Putin XlX əsirdə qalıb...

Ərdoğan: Qafqazda sabitlik Türkiyə və Rusiyanın maraqlarına cavab verir

Overçuk: Rusiya Azərbaycanla işləmək niyyətindədir
