Ərdoğan Rza Zərraba görə ABŞ-ı sərt tənqid etdi
"Hüquq başqadır, qanun, ədalət başqa. Ədalətin olmasına xidmət etməyən hüquq da, qanun da toplum üzərində hökümsüzdür”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət Şurasının toplantısında bildirib.
"2015-ci il iyulun 15-də dövlət çevrilişinə cəhd günü və səhəri dünyanın ədalətini gördük. Dövlət çevrilişi edənlər ölkənə gəlir, qoruyursan, geri qaytarmırsan. Nə imiş? Qərb, ədalətli davranıb. Bunlarda ədalət yoxdur. Özümüzü aldatmayaq. Ədalət buradadır.
1999-cu ildə Türkiyədən qaçıb gedən terrorçunu ABŞ-da bəsləyən şəxslərdən onun bizə təhvil verilməsini istəyəndə, bunu edirlər? Amma, onlar bizdən 12 terrorçunun təhvil verilməsini istəmişdilər. 15 il ərzində xoş niyyətimizi göstərdik və onları təhvil verdik. Bütün dosyeləri göndərmişik. Terrorçuları bizə verin deyəndə vermirlər. Onlar hüquqa, qanuna zərrə qədər hörmət etmirlər. Əksinə, siyasi qərarlarla Türkiyəyə meydan oxumaq yolunu tutublar. Mən bu məsələdə fərqli mövqedəyəm. Onların belə qərarlarına qətiyyən hörmət etmirəm. Onlara inanmıram”.
Ərdoğan ABŞ-da Rza Zərrabla bağlı qəbul olunan qərara gəlincə, deyib: "Biz mexanizmlərimizə güvənirik və onlarla müqayisə etmirik. Bizə dərs keçməsinlər. Bunu ən son ABŞ-da Rıza Zərrab məsələsində gördük. Bu qərarın hüquqla əlaqəsi varmı? Onlar məhkəmədə siyasi bir qərarı açıq şəkildə qəbul edə bilirlər”.(azvision.az)
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32