Ərdoğan onları məhkəməyə verdi - 1 milyon tələb edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu məhkəməyə verib.
Adalet.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Ərdoğanın vəkili Ahmet Özəl tərəfindən İstanbul Anadolu Baş Prokurorluğuna təqdim edilən şikayət ərizəsində Özgür Özelin Esenyurt Bələdiyyəsi qarşısında etdiyi çıxışda Ərdoğanı nalayiq ifadələrlə birbaşa hədəfə aldığı bildirilib.
İmamoğlu isə Esenyurt Bələdiyyə Başçısı Ahmet Özerin həbsinə etiraz olaraq çıxışında Türkiyə liderinə qarşı ittihamlar irəli sürdüyü üçün məhkəməyə verilib.
Türkiyə Prezidenti onların hər birindən 1 milyon lirə mənəvi təzminat tələb edir.
Digər Xəbərlər
23 Sentyabr 2026 22:10
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü
23 Sentyabr 2026 21:00
Ərdoğan şeir söylədi, Binali Yıldırım göz yaşlarına boğuldu - VİDEO
23 Sentyabr 2026 20:00
Hindistan meymunların hücumunda - Daha bir nəfər öldü
23 Sentyabr 2026 19:46


Bakı -°C

