adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Sentyabr 2019 11:56
47300
MƏDƏNİYYƏT

Ərdoğan: “Heç vaxt belə gözəl hədiyyə almamışdım...”

Səlçuq Univeristetinin professoru Dr. İlhamƏnvəroğlu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana "Məzlumun zalimə dur deyişidir” adlı rəsminitəqdim edib.

Adalet.az xəbər verir ki, əsərin özəlliyi rəsmdə R.T.Ərdoğanın öz əlinin təsvir edilməsidir. Müəllifrəsmdəki rəngarəngliyin bu coğrafiyadakıçeşidliliyə, ağacın Osman Qazinin yuxusunda gördüyü ağac olduğuna,ovuc içində olan Əbdulhəmidin Möhürününisə Ərdoğanın ölkə və dünya siyasətində əldə etdiyi uğurlara işarə olduğunuqeyd edib. Rəsm 160x140 ölçüsündədir.

İlham Ənvəroğluhəmçinin "Rabia” işarəsi təsvir etdiyi bu rəsmlə Ərdoğanın Türkiyə və digərölkələrdə qazandığı uğurları təbrik etdiyini deyib:

"Bu rəsmi dünyaliderləri arasında dünyadakı yetim və məzlumlar məsələsinə ən çox dəstək verən,müqəddəs saydığımız dəyərləri müdafiə edən bir adam olduğu üçün çəkdim. Onutəbrik edirik!”

Rəcəb TayyibƏrdoğan isə öz növbəsində rəssama zəng edərək əsəri çox bəyəndiyini və özmalikanəsinə gətirməsini istəyib. Daha əvvəl belə gözəl hədiyyə almadığınıdeyən prezident bu rəsmi iş otağından asacağını deyib.

Ulucay Akif