adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Aprel 2014 17:31
6665
SİYASƏT

Ərdoğan ermənilərə başsağlığı verdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci ilhadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlama ilə çıxış edib.

Adalet.az  haberler.com-a istinadən verdiyi xəbərə görə, baş nazir deyib ki, Osmanlıİmperiyasının son illəri türk, kürd, ərəb, erməni və başqa millətlərdən olanmilyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir dövr olub: "Osmanlıİmperiyasının vətəndaşı olan hər kəs kimi, ermənilərin də o dövrdə yaşadıqlarıacıların xatirəsini bölüşmək bir insanlıq vəzifəsidir. 1915-ci il olaylarınadair fərqli mövqe və düşüncələrin sərbəst ifadə edilməsi plüralist yanaşmanın,demokratik mədəniyyətin və müasirliyin bir tələbidir. Türkiyə bəşəri dəyərlərəuyğun hər düşüncəyə hörmətlə yanaşmağa davam edəcək. Lakin 1915-ci ilolaylarının Türkiyə əleyhdarlığı üçün bir bəhanə kimi istifadə edilməsi vəsiyasi mübarizə vasitəsinə çevrilməsi qəbuledilməzdir. Türk, erməni vəbeynəlxalq tarixçilərin aparacağı araşdırma 1915-ci il olaylarınınaydınlaşdırılmasında və tarixin düzgün anlaşılmasında önəmli rol oynayacaq. Bizarxivlərimizi bütün tədqiqatçıların istifadəsinə açdıq. Bu gün arxivlərimizdəolan yüz minlərlə sənəd bütün tarixçilərin ixtiyarına verilib. Türkiyə gələcəyəgüvənlə baxan bir ölkə olaraq tarixin də doğru anlaşılması üçün ətraflı elmitədqiqatları hər zaman dəstəkləyib”.

Ərdoğan ölən ermənilərinnəvələrinə başsağlığı verib və eyni dövrdə ölən bütün Osmanlı vətəndaşlarınıhörmət və rəhmətlə anıb.