Ərdoğan BMT-də çıxış edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 21-də ABŞ-a yola düşəcək.
Adalet.az xəbər verir ki, Türkiyə liderinin çıxışı sentyabrın 24-nə planlaşdırılır.
Prezident Ərdoğan həmin gün Braziliya və ABŞ dövlət başçılarından sonra BMT Baş Assambleyası tribunasından çıxış edəcək üçüncü lider olacaq. Bu, həmçinin Türkiyə Prezidentinin siyasi karyerasında BMT Baş Assambleyasında edəcəyi 14-cü çıxışdır.
Türkiyə Prezidentinin çıxışında əsas mövzular qlobal sistemin ədalətsizliyi və BMT-də islahatların aparılması zərurəti olacaq.
Sentyabrın 27-dək davam edəcək səfər çərçivəsində Ərdoğan dünya liderləri ilə də bir sıra ikitərəfli görüşlər keçirəcək, onlardan bəziləri Nyu-Yorkdakı Türkiyə Evində baş tutacaq.
Bundan əlavə, Türkiyənin dövlət başçısı dünyanın aparıcı şirkətlərinin nümayəndələri ilə də görüşəcək.
Digər Xəbərlər

Amerika Zəngəzur dəhlizini yüz illik icarəyə götürməyi təklif etdi

Yenə Rusiyaya görə çağırışlar etdi

"Azərbaycanla sülh müqaviləsi düşmənçiliyə son qoyacaq" - Leyen
