adalet.az header logo
  • Bakı -°C
28 Mart 2026 23:43
73
SİYASƏT
A- A+

Əraqçi Azərbaycan dilində ölkəmizə təşəkkür etdi

“Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm”.

Adalet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” səhifəsində yazıb.

 

Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm.
Çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir.

— Seyed Abbas Araghchi (@araghchi) March 28, 2026