adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Yanvar 2019 18:37
15728
MARAQLI

Ən təhlükəsiz ölkələrin siyahısı açıqlandı

"Qlobal Finans” jurnalı ən təhlükəsiz ölkələrin reytinqini tərtib edib.

Adalet.az xəbər verir ki, jurnalın hazırladığı siyahıda 128 ölkənin adı yer alıb. Reytinqin tərtib edilməsi zamanı daha çox silahlı konflikt yaranma ehtimalı, vətəndaşların şəxsi təhlükəsizlik səviyyəsi, həmçinin təbii fəlakət yaranma riskləri, terrorizm, cinayətkarlıq səviyyəsi əsas götürülüb.

Hazırlanan reytinqdə ən təhlükəsiz ölkə olaraq İslandiya seçilib. İlk onluqda İsveçrə, Finlandiya, Portuqaliya, Avstriya, Norveç, Qətər, Sinqapur, Danimarka, Yeni Zellandiya yer alıb.

Ən təhlükəli ölkə olaraq Qvatemal, Yəmən və Filippin seçilib.

İran 77-ci, Türkiyə 107-ci pillədə göstərilib.

MDB məkanındakı ən təhlükəsiz ölkə Qazaxıstan seçilib. Astana siyahıda 44-cü pillədə qərarlaşıb. Sonrakı yerdə Moldova (46), Ermənistan (62), Tacikistan (68), Azərbaycan (71), Qırğızıstan (89), Rusiya (108), Ukrayna (116) özünə yer edib.

Türkmənistan və Özbəkistan reytinq cədvəlinə daxil edilməyib.