adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 May 2015 13:53
64464
RUBRİKA

“Ən böyük problem məşğulluq – işsizlik problemidir”

Mandat. O hər kəsə qismət olmur. Gərək seçiləsən,xalqın tərəfindən seçilmiş olasan. Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə beləsəadət nəsib olur: xalqını, onları seçəni təmsil etmək. Bu il ölkəmizdə Milli Məclisənövbəti seçki keçiriləcək. İndiki deputatlardan yenə seçilmək istəyənlərolacaq. Son sözü həmişə xalq deyir. Maraqlıdır, xalq onlara yenə "hə"deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur. Necə deputat olduqlarını,hansı təkliflərlə, çıxışlarla, mövqeləri ilə seçildiklərini daha yaxşı özləribilər. Əlbəttə, qiyməti seçici müəyyənləşdirir, ancaq dəyərini gərək mütləq vəmütləq özün biləsən.

Beləliklərubrikamızın bugünkü qonağı 114 saylı Şəki kənd birinci seçki dairəsindən olanmillət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlidir.

-Əli müəllim, 5 illik Milli Məclis fəaliyyətinizinecə dəyərləndirirsiniz?

-Biz öz deputat fəaliyyətimiziKonstitusiyamız və "Azərbaycan RespublikasıMilli Məclisi deputatının statusu haqqında” qanuna əsaslanan seçki platformamıza uyğun həyata keçiririk. FəaliyyətimizdəMilli Məclisdə qanun yaradıcılığıprosesində fəal iştirak etmək, Şəki rayonundan seçildiyimiz dairəninproblemlərinin Milli Məclisdə və kütləvi informasiya vasitələrində qaldırmaq,seçicilərin problem və müraciətlərininyazılı və şifahi şəkildə aidiyyəti orqanlara çatdırmaq və onların müsbət həllinənail olmaqdan ötrü əlimizdən gələni etmək, mətbuatla daim təmasda olmaq, ölkədəbaş verən ictimai-siyasi proseslərə dövlətçilik prizmasından münasibət bildirmək,Milli Məclisdə seçicilərimizi, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsiletmək və s. bu kimi istiqamətlər əsas yer tutur.

Platformamızda öz əksini tapan həministiqamətlərdə müəyyən işlər görə bilmişik. Bu baxımdan deputat fəaliyyətimi şərtiolaraq 3 kateqoriyaya bölmək mümkündür:

Birinciqəbildən olan məsələlərə deputatın Milli Məclisdə birbaşa fəaliyyəti aiddir ki,burada əsas hədəflər plenar iclas və komitə iclaslarında qanun yaradıcılığıprosesində fəal iştirak etməkdir.Bununlayanaşı seçicilərin problemlərinin qabardılaraq, onların həlli yollarına dair səmərəlitəkliflərin verilməsidir.

Deputat kimifəaliyyət göstərdiyimiz dövr ərzində həm komitə, həm də plenar iclaslarda kifayətqədər fəal ola bilmişik. Həm seçicilərin problemlərini və sözünü, həm dəbütövlükdə cəmiyyəti narahat edən ictimai-siyasi problem və məsələlərlə əlaqədarolaraq şəxsi mülahizə və təkliflərimizi səsləndirmişik. Bizim qanunyaradıcılığı sahəsindəki işlərimiz Azərbaycanda çoxlarına məlumdur. Milli Məclisdəvə mətbuatda Sovet dövründən qalma əmanətlərin qaytarılması məsələsinin ən çoxbiz gündəmə gətirirdik. Bununla əlaqədar olaraq biz deputat həmkarım Vahid Əhmədovlabirlikdə Azərbaycan Respublikasında qanunvericilik təşəbbüsü subyektlərindənbiri olaraq fəaliyyət dövrümüz ərzində "Azərbaycan Respublikası vətəndaşlarınınkeçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinətəzminat ödənilməsi haqqında Azərbaycan Respublikası Qanunu”nuhazırlamışdıq. Bu məsələni tez-tez Milli Məclisdə qaldırdıq, aidiyyəti hökumətstrukturları ilə çox rasional fikir mübadilələrimiz oldu və bu istiqamətdə əlimizdən gələnietdik. Xüsusi Prezident Fərmanı ilə sovet dövründən qalma əmanətlərinqaytarılması Azərbaycan Prezidentinin bu ciddi problemin həllində xüsusi qeydolunmalı xidmətləri sırasında önəmli yer tutur. Eyni zamanda bu probleminrasional həlli həm də hakimiyyətin qanunverici və icraedici qollarının fəaliyyətinineffektli koordinasiyasının yaxşı nümunəsidir. Bundan əlavə "Təhsil kreditləri haqqında AzərbaycanRespublikası Qanunu” layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişik. Eynizamanda "Reklam haqqında” Azərbaycan RespublikasıQanunu layihələrini yenidən hazırlayıb Milli Məclisin Aparatına təqdimetmişik.

Mövcud qanunlara əlavə və dəyişikliklər istiqamətindədə xeyli iş görə bilmişik. "AzərbaycanRespublikasının Rəqabət "Şəhərsalmavə Tikinti Məcəllələrinin, eləcə də "Təhsil haqqında Azərbaycan RespublikasıQanunu”nun təkmilləşdirilməsi məqsədilə geniş təkliflər paketi ilə çıxışetmişik. Düşünürük ki, qanun yaradıcılığı prosesinin vacib tərəflərindən biri də hazırlanmaqda olan və ya qüvvədə olanqanunvericilik aktlarına müxtəlif sosialqruplardan olan əhalinin geniş kütləsinin əlyetənliyinin təmin edilməsi və onlarla hüquqi maarifləndirmə işinin təşkilidir.Bu məsələdə rəhbəri olduğumuz İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun fəaliyyətixeyli bizə yardımçı olur. Məhz İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun xəttiilə də deputat fəaliyyətimizə fayda gətirən əlavə işlər də görürük. Ölkəmizinsosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətin olduqca ciddi tədqiqatlaraparırıq. Son üç il ərzində iqtisadi, hüquqi, sosial sahələri əhatə edənaraşdırmalarımızın konkret nəticəsi olaraq 3 kitab institutumuz tərəfindən nəşredilərək ictimaiyyətin müzakirəsinə təqdim edilib.

Deputat fəaliyyətinin əhatə etdiyi fəaliyyətçərçivəsində vətəndaş və soydaşlarımızla münasibəti ikinci kateqoriya kimi qeydetmək olar. Sual oluna bilər ki, nə üçün burada biz ənənəvi olaraq digər həmkarlarımızınvə media nümayəndələrinin qeyd etdiyi kimi, "seçicilərlə təmas” yox, "vətəndaşlarla,soydaşlarımızla təmaslar” ifadəsini işlədirik? Çünki deputat kimi bizə olunanmüraciətlərin 80 faizindən çoxuseçildiyimiz Şəki rayonundan yox, Bakıdan və Azərbaycanın digərregionlarından gələn məktub və müraciətlərdir. Deputat kimi fəaliyyət göstərdiyimizmüddətdə biz seçicimiz olub-olmamasındanasılı olmayaraq bizə müraciət edən hər şəxsin probleminə diqqət göstərməyə,onun həllinə öz töhfəmizi verməyəçalışmışıq. Ofisimizin fəaliyyətinin təşkili zamanı qarşıya qoyulan əsas vəzifə,təkcə təmsil olunduğumuz dairənin problemləri ilə maraqlanmaq yox, bütün ölkəinsanının problemlərinin səmərəli həllinə dair təkliflərin hazırlanması, həllyollarının optimal modellərinin tapılması olmuşdur. Bizə olan müraciətləri nəzərə alaraq ipoteka şərtlərinin təkmilləşdirilməsinədair təkliflər hazırlayıb mətbuat vasitəsilə dəfələrlə aidiyyəti orqanlaramüraciət etmişik. Milli Məclisdə İpotekanın regionlarda tətbiqinin genişləndirilməsivə eləcə də "Sosial Evlər” barədə verdiyimiztəkliflər ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Əhalinin aztəminatlıtəbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, müavinətlərin, xüsusən də əlillərinmüavinətlərinin artırılması məsələləri dəbizim çıxışlarımızda mühüm yer tutur.

Bizə edilən müraciətlərin sayı minlərlədirvə müraciət edən şəxslər arasında həm də xaricdə yaşan soydaşlarımızda vardırki, bu da təbiidir. Çünki dünyada yaşayan 50 milyona yaxın azərbaycanlılarınyeganə dövləti Azərbaycan Respublikasıdır ki, biz millət vəkilləri də onlarınproblemlərinə daim diqqət göstərməyə borcluyuq.

Deputatlıqfəaliyyətinin 3-cü kateqoriyası kimi, Parlament nümayəndə heyətlərimizin təmsiledildiyi beynəlxalq təşkilatların tərkibində beynəlxalq fəaliyyətdir ki,biz GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimiartıq uzun illərdir ki, həmin quruma üzv olan və həmin qurumla tərəfdaşlıq edən müxtəlif ölkələrdə keçirilən çoxsaylı tədbirlərdəiştirak edərək, müxtəlif məsələlərə dair məruzələr etmişik. Bir sıra ölkələrinparlament qruplarının üzvü kimi səfirliklərin təşkil etdikləri tədbirlərdə, eləcədə xaricdə bir sıra beynəlxalq konfrans və digər tədbirlərdə iştirak edirik, məruzələr,təqdimatlar, çıxışlar edirik, Azərbaycanı təmsil və təbliğ edirik. Xarici ölkələrdəkitədbirlərdə iştirak zamanı işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsitələbinin əsaslandırılması məruzə vəçıxışlarımızın əsas xətlərindən birini təşkil edir.

Dünya iqtisadiyyatında gedən proseslər və onun Azərbaycaniqtisadiyyatına təsiri, eləcə də ölkəmizin, xüsusən də regionların sosial-iqtisadi həyatının aktual problemlərinədair televiziya kanallarında, elektron informasiya portallarında və digərkütləvi informasiya vasitələrində müsahibə və məqalələrlə çoxsaylı çıxışlarımızıdavam etdiririk və imkan düşdükcə həmin məsələləri dairəmizdəki problemlərlə əlaqəlitəqdim edirik. Bir sözlə, sözügedən istiqamətlərdə hardaolduğumuzdan asılı olmayaraq Azərbaycanı, Parlamenti vəseçiciləri layiqincə təmsil etməyəçalışırıq....

-Bumüddət ərzində hansı problemin həlli sizi daha çox sevindirib?

- Əslində vətəndaşımızın ən xırda birprobleminin həllinə yol açan istənilən məsələninhəlli bizi sevindirir. Bununla belə həlli ən çox bizi sevindirən problemlərdənbiri Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ əmanət Bankının AzərbaycanRespublikası Bankında olan əmanətlərinin qaytarılması məsələsinin həllidir.Çoxlarına məlumdur ki, sovet dövründən qalma əmanətlərin qaytarılması məsələsinədair qanunvericilik sənədləri paketini biz hazırlayıb Milli Məclisə təqdimetmişdik. Doğrudur, qeyd etdiyimiz kimi, sovet dövründən qalma əmanətlərinqaytarılması xüsusi prezident fərmanı ilə həyata keçirilsə də, Milli Məclis səviyyəsindəbu məsələnin hüquqi bazasının yaradılması və təqdim edilməsi bizim adımızlabağlı olduğundan, bu problemin hansı variantda həll olunmasından asılıolmayaraq, onun reallaşması bizi sevindirir.

Seçildiyimiz dairəyə gəldikdə isə Şəki kəndlərində məktəb,tibb ocaqları, körpülərin tikintisi, kənd yollarının yenidən qurulması, ləng dəolsa, kəndlərin qazlaşdırılması istiqamətində atılan addımlar bizi sevindirir. Xüsusəndə dəfələrlə qaldırdığımız, lakin bütün səylərimizə rəğmən ölü nöqtədən tərpədəbilmədiyimiz Şəki rayonunun kəndlərinin qazlaşdırılması məsələsində son ikiayda olan irəliləyişlər bizi çox sevindirir. Kənd yollarının yenidən qurulmasıistiqamətində görülən işlər də sevindiricidir. Kəndlərdə məktəb tikintisi üzrəinvestisiya proqramına saldırmağa nail olduğumuz yerlərdə məktəblər tikilib vəbu iş davam edir.

Bizim təkliflərimiz əsasən də VergiMəcəlləsində olan dəyişikliklər, işçilərin hüquqlarının müdafiəsində həmkarlartəşkilatının rolunun artırılmasına dair təşəbbüsümüz və sairin reallaşması təbiiki, bizi sevindirir.

-MANDAT-ını qazandığınız seçicilərin həll olunmamış problemi kimi nələrisadalaya bilərsiniz?

- Bizim seçicilərimizŞəki ilə əlaqədar olsa da, hesab edirik ki, onlar ölkə vətəndaşının bir hissəsiolmaqla, hər birimizin həll olunmamış ən böyük problemi işğal edilmiştorpaqlarımızla bağlıdır. Ümid edirik ki, getdikcə güclənən Azərbaycan timsalındabiz bu problemin həllinə nail olacağıq və ən böyük arzumuzu gerçəkləşdirəcəyik.

Digər məsələlərə gəldikdə isə həmdeputat kimi təmsil etdiyimiz dairədə, həmMilli Məclisdə, həm də İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun ofisində qəbullar keçiririk. Seçicilərlə görüşür,onların problemlərinə dair aidiyyəti orqanlara müraciətlər edirik. Vətəndaşlarımızınarahat edən ən böyük problem məşğulluq – işsizlik problemidir. Regionlardayeni iş yerlərinin açılması və onların davamlı fəaliyyətinin təminiinsanlarımızın rifah halının yaxşılaşdırılması və layiqli həyat şəraitinin təminolunması baxımından olduqca vacibdir. Digər problemlər sırasında bu gün kənd təsərrüfatıilə, təhsil və səhiyyə işinin təşkili ilə, su-kanalizasiya sistemləri şəbəkəsiningenişləndirilməsi ilə, qaz, enerji təchizatı ilə, ən əsası isə elektrik təsərrüfatınınyenilənməsi ilə bağlı bir sıra problemlərqalmaqdadır. Sonda səsləndirdiyimiz məsələ ilə bağlı biz istər mətbuat vasitəsi ilə, istər Milli Məclisdəkiçıxışlarımızda və həm də "Azərenerji” ASC-yə göndərdiyimiz məktublarda Şəkikəndlərinin timsalında regionlardakı enerji təchizatı sahəsindəki problemlərivaxtaşırı qabartmışıq. Şəkinin Dəhnələr, Göynüklər, Oxud və onlarla digərkəndinin timsalında "Azərenerji” ASC-nin rəhbərinə və onun yerli qurumunadəfələrlə müraciət etmişik. Milli Məclisin iclaslarında bu məsələni qaldırmışıqki, kəndlərdə elektrik enerjisi ilə təchizat hava şəraitinə adekvat deyil, pisvəziyyətdədir. Kənd yerlərində bir balaca külək əsən kimi köhnə dirəklər aşır,yaxud da yağış olan kimi işıq verilməsi dayandırılır. Buna baxmayaraq çoxtəəssüf ki, indiyəcən əhalini çox narahat edən bu problemə münasibətdə bu son 5ildə "Azərenerji” ASC-nin rəhbərindən sorğularımıza əhalinin bu sahədəkidözülməz durumuna çox biganəliklə və manipulyasiya dolu standart cavablaralmışıq. Ona görə də güman edirik ki, bu sahədəki struktur islahatlarındansonra rayonların enerji ilə təchizatını "Azərenerji”dən "Azərişıq”a keçməsibu sahədə mövcud olan problemlərin həllinin sürətləndirilməsinə xidmət edəcək.

-Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?

-Növbətidəfə deputat olmaq istəyi bir sıra amillərdən asılıdır... Bunların arasındadeputatın öz vəzifəsinin öhdəsindən necə gəlməsi əsas yer tutur. Deputatın əsasvəzifələri qanun yaradıcılığı prosesindəfəal iştirak etmək, öz seçiciləri ilə görüşmək, onları qəbul etmək,onların müraciətlərinin yazılı və şifahişəkildə aidiyyəti orqanlara çatdırmaq və müsbət həllinə nail olmaqdan ötrü əlindəngələni etmək, mətbuatla təmasda olmaq, ölkədə baş verən ictimai-siyasi proseslərədövlətçilik prizmasından münasibət bildirmək, imkanı daxilində xeyriyyəçilik tədbirlərindəiştirak etmək, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etməkdir.

Fikrimizcə,seçkidə iştirak etmək arzusunda olan hər kəs bu kontekstdən öz gücünü,bacarığını, ictimai və siyasi potensialını, cəmiyyətin ona münasibətini və cəmiyyətəreal fayda vermək imkanlarını obyektiv dəyərləndirməklə hərəkət etməlidir. Milli Məclisə seçkilərə 5 aya qədər vaxt qalır... Bu müddət ərzində platformamı və həministiqamətdə gördüklərimi və bundan sonra da görə bildiklərimi obyektiv dəyərləndirməklə,həm də əlbəttə ilk növbədə əgər seçicilərin əhval-ruhiyyəsi növbəti dəfə dənamizədliyimi görməyə köklənəcksə, onda qismət olsa, növbəti parlament seçkilərinəqatılacam. Əsas məqsədimiz yenə də Azərbaycanı,Parlamenti və seçicilərilayiqincə təmsil etmək olacaqdır.

-AzərbaycanMilli Məclisində aktiv olan millət vəkilləri azlıq təşkil edir. Hətta onlarbarmaqla sayılacaq qədərdir. Bunun səbəbi nə ilə əlaqədardır?

-Fikrimizcə, bu məsələyə münasibətdə birneçə məqamı ayırmaq lazımdır. Elə deputat var ki, üzv olduğu komitəniniclaslarında, ictimai tədbirlərdə, seçildiyi dairədə xarici ölkələrdə keçiriləntədbirlərdə fəallıq göstərir, amma Milli Məclisin Plenar İclaslarda çıxış etməyə bir o qədər dəhəvəs göstərmir. Deputat da var ki, həm üzv olduğu komitənin iclaslarında, həmictimai tədbirlərdə, həm xarici ölkələrdə keçirilən tədbirlərdə fəallıq göstərir,həm də Plenar İclasda çıxış edir. Birinci kateqoriyaya aid deputatlarda, əsasproblemin nə olduğunu fikrimizcə, həmin kateqoriyaya aid deputatın özündənyaxşı heç kim dəqiq bilə bilməz... Şəxsi mülahizəyə gəldikdə isə buradapotensial göstəricilərlə yanaşı, həm də psixoloji baryer problemi də mühüm roloynayır. Kim həmin baryeri aşa bilirsə, Plenar İclasda daha fəal görünür.

Bir də ki, plenar iclaslarda fəalolan deputatların azlıq təşkil etməsi təkcə Azərbaycan parlamenti üçün yox, əksərölkələrin parlamentləri üçün xarakterik məsələdir.

Milli Məclisin plenar iclaslarında fəallıqda iki yerə ayrılır. Birinci qrup çıxışlarprofessional səviyyədə çıxışlardır ki, bunlar qanun yaradıcılığına vəictimai-siyasi proseslərə səriştəli münasibət və təsir baxımından daha dəyərli,daha faydalıdır. Məsələn, daha çox hüquq sahəsinə aid məsələlərin müzakirəsindəMilli Məclisdəki hüquqşünaslarımız, iqtisadi məsələlərin müzakirəsində -iqtisadçılar, təhsil və səhiyyə ilə bağlısahələrdə, media ilə bağlı məsələlərdə həmin sahə üzrə mütəxəssislərimiz öz kompitensiyalarına aid məsələlər üzrə çoxsanballı çıxışlar edirlər.

Cari məsələlərin müzakirəsində deputatlarımız tərəfindən bir qayda olaraq həm Azərbaycanın beynəlxalqaləmdə mövqeyini əks etdirən, həm də cəmiyyətidüşündürən, seçiciləri narahat edən məsələləryetərincə professionallıqla qaldırılır.

Bütün bunlara baxmayaraq onu da etiraf etməliyik ki, çox olmasa da, bəzən sadəcə çıxış etmək naminə çıxışlara da rast gəlməkolur. Həmin qəbildən olan çıxışların elmi yükü, konseptual cəhətdən sanbalı çoxaşağı olur və daha çox çıxış eləmək naminə çıxış xarakterli olduğundan, belə çıxışlarıfəallıq nümunəsi kimi dəyərləndirmək olmaz. Bizim qənaətimizə görə çıxış eləməknaminə çıxış etməkdənsə, ümumiyyətlə heç çıxış eləməmək daha yaxşı variantdı. İnanınki, bizim Plenar İclasın gündəliyinə daxil olan bütün məsələlərə dair çıxış eləməküçün əlimizdə yetərincə material olsa da, adamları yormamaq və həmin sahəninsırf mütəxəssisləri sayılan deputatlarasöz çatması şansını artırmaqnaminə, biz edə biləcəyimiz 5-6 çıxışın əvəzinə daha çox iqtisadixarakterli məsələlərə dair çıxışlar edirik. Bundan əlavə yalnız ən vacibsaydığımız məsələlər üzrə çıxışla qənaətlənirik. Bəzən zaman darlaşanda deputat həmkarımıza çıxış üçün əlavə zaman qalsın deyə Vahid Əhmədov və ƏliMəsimlinin adından birləşdirici bir çıxış edirik.

-AzərbaycanMilli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Əgər busualda söhbət daha geniş mənada Azərbaycanınyerləşdiyi regiondan gedirsə, Azərbaycan Cənubi Qafqazın ən güclü, ən nüfuzludövlətidir. Ölkəmizin nüfuzunun qorunması və artırılması hakimiyyətin 3 əsas qolundan biri kimi ümumiyyətləParlamentin, Milli Məclisin rəhbərliyinin fəaliyyətində, xarici səfərlərində, parlamentlərarasıbeynəlxalq münasibətlərdə fəal iştirakla yetərincə təmin olunur.

Digəranlamda yanaşdıqda isə AzərbaycanMilli Məclisini regionlarda öz fəaliyyətindeputatlar və deputat köməkçiləri vasitəsilə həyata keçirirlər. Kim buişi seçicilər və yerli hakimiyyət strukturları ilə yaxşı qurubsa, onun işləri dəyaxşı gedir.Məsələn, bizimdeputat səlahiyyətinə aidolan sahələr üzrə heç bir problemimiz yoxdur. Platformada nəzərdə tutulanistiqamətlər üzrə işlərimizin öhdəsindən gələ bilirik.

Amma buməsələyə ümumiyyətlə yanaşdıqda, bir məqam deputat fəaliyyətinə ciddi problemyaradır... Belə ki, seçkiqabağı təbliğat kompaniyası zamanı bəzi namizədlər özüzərlərinə ölkə Prezidentinin, Baş Nazirinin səlahiyyətlərinə aid məsələlər səviyyəsində öhdəliklərgötürürlər …və çox təəssüf ki, belə əsassız vədlər ümumilikdə millət vəkili və onun fəaliyyəti haqqında mənfi fikirlərformalaşmasında ciddi rol oynayır. Ona görə də biz seçicilərimizin qarşısında çıxış edərkənaçıqca bildirmişdik ki, insanlar həyatlarında 3 məqamda daha çox yalandanışırlar:

Birincisi, ovdan qayıdanda… Balaca birdovşan vurur, deyir nəhəng bir ayıvurdum, təəssüf ki, qayadan dərəyəyuvarlandı tapıb çıxara bilmədim. Yaxud 20 santimetrlik balaca balıq tutur,deyir ki, 2 metrlik balıq tutdum, qarmağı qırıb qaçdı.

İkincisi, əsgərdən qayıdanda… Əsgərdən qaydanı danışdıranda, bir qaydaolaraq deyir ki, orda hamını döydüm, gəldim, amma heç döyüldüyünü boynuna alanolmur.

Üçüncüsü, bir də seçkiqabağı kompaniya zamanı bərk yalanlar danışılır. Bayaqdediyim kimi, seçkiqabağı kompaniyada bəzi namizədlər öz üzərlərinə ölkəPrezidenti, Baş Nazirinin səlahiyyətlərinə aid məsələlər üzrə belə öhdəlikgötürürlər.

Ona görədə biz seçicilərimizə bildirmişik ki, qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərimiz çərçivəsindəplatformamızda öz əksini tapan istiqamətlərdə əlimizdən gələni əsirgəməyəcək,bacardığımızı edəcəyik. Belə də edirik.

Seçicilərlə iş sahəsində yenilik hesab olunan 2 məqamın tətbiqi də bizim deputat fəaliyyətimizləbağlıdır:

Birincisiqanun layihələrinin yerlərdə müzakirəsinin təşkili və onlarınfikirlərini də almaqla həminlayihələrə dair rəyin hazırlanması. Biz Şəkidə həm Təhsil Qanunu, həm də "Rəqabət Məcəlləsi”nin müzakirəsinitəşkil edib, həmin hüquqi normativ sənədlərin təkmilləşdirilməsinə dair sənədlərhazırlamışıq.

Düşünürük ki, insanların özünün gələcəkdə onların dövlət və bir-biriləriilə münasibətlərini tənzimləyəcək qanunların hazırlanmasında iştirakı, həmqanunların uğurlu icrası mexanizmlərinin tapılması, həm də ki, insanlarda dövlətə,qanunverici orqana inamın və etimadın artırılmasına xidmət etmiş olar.

Bumənada ikinci maraqlı təcrübəmiz də olub. Belə ki, biz Rabitə və YüksəkTexnologiyalar Nazirliyinin köməyi ilə Şəki şəhərində İKT-nın ən son nailiyyətlərindənistifadə edilməklə ictimai müzakirələr təşkil edilmişdir. Həmin ictimai müzakirələrdə Azərbaycan Parlament tarixində ilk dəfəolaraq, biz ictimai müzakirələrəvideo-konfrans sistemi ilə qoşularaq, həmmüəllifi olduğumuz "Təhsil Kreditləri”haqqında qanun layihəsi barədə məlumat vermiş, tədbiriştirakçılarının təqdim olunan layihə və digər məsələlərlə əlaqəli suallarınıcavablandırmışıq. Düşünürük ki, bumaraqlı layihə olmaqla, gələcəkdə də davam etdirilməlidir.

-AdətənMillət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyənsoyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-BizimMilli Məclisdəki fəaliyyətimiz Konstitusiyamız və AzərbaycanRespublikası Milli Məclisi deputatının statusu haqqında qanuna müvafiq qurulub.Qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlər çərçivəsində fəaliyyət göstəririk.Konstitusiyamıza əsasənMilli Məclis Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirir. Biz istər mərkəzi hakimiyyətorqanları, istərsə də yerli hakimiyyət orqanları ilə işlərimizi konstruktiv əsaslarüzərində qurmuşuq. Seçiciləri narahat edən məsələləri öyrənir və həmin məsələlərləbağlı həm mərkəzi hakimiyyət orqanlarına, həm də yerli hakimiyyət orqanlarınamüraciətlər edirik. Qanun çərçivəsində imkan daxilində olan məsələlərin müsbət həlli yöndə cavablar alırıq. Müraciətetdiyimiz hökumət qurumlarının əksəriyyəti ilə normal münasibətdəyik. Məsələn, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunaolan müraciətlərimiz qanun çərçivəsindəçox böyük ehtiramlı münasibət şəraitində həll olunur.

Bununla yanaşı fəaliyyətimizdədeputatın yox, hökumətin aidiyyətistrukturlarının bilavasitə vəzifəsi olan işlərin də sürətləndirilməsinətəsir göstərməyə çalışırıq. Bu yöndə kəndlərin qazlaşdırılması, su ilə təchizatı,elektriklə təchizat zamanı yaranan texniki problemlərin aradan qaldırılması, kəndyollarının təmiri, məktəb tikintisi vəsair bu kimi məslərinin həllinin sürətləndirilməsinə səy göstəririk. Kəndlərdə məktəb tikintisiüzrə investisiya proqramına saldırmağa nail olduğumuz yerlərdə məktəblərtikilib və bu iş davam edir. Kənd yollarının təmiri ilə bağlı müəyyən işlərgörülüb. Kəndlərin qazlaşdırılması işi çox ləng getsə də son aylar Şəkinin 5 kəndinəqaz çəkilişi sahəsində canlanma var. Kəndlərdə artezian quyularının qazılmasıistiqamətində addımlar atılır. Bəzən "Azrenerji” kimi xalqın problemlərinəbiganə olan qurumlarla da rastlaşırıq. Çoxsaylı müraciətlərimizə baxmayaraqbizim dairədəki kəndlərdə elektrik xətlərinin problemli sahələri üzrə deməkolar ki, heç bir iş görülməyib.

Dəvət aldığımız tədbirlərində istərBakıda, istərsə də seçki dairəmiz üzrə Azərbaycanda olanda özümüz iştirakedirik, olmayanda isə köməkçimiz iştirak edir.

Ədil Ədilzadə