Emin getsin... (?) - Elçin Cəlilov yazır
Emin Mahmudov "Neftçi"nin indiki halında ondan böyük addır/fiqurdur klub üçün. Bu ifadә emosional "ağ-qara" azarkeşlәrini qıcılandırmasın, faktiki götürsәk, klub Mahmudova minnәtçi düşüb, lakin onu saxlamağa razı sala bilmәyib hәlә dә...
Belә vәziyyәtdә "Neftçi" azarkeşlәrinin (bir qism) Eminә "get" demәsi doğru deyil. Bu, onun komandada qalmasına hәlә qәrar vermәmәsinә/tәrәddüd etmәsinә qıcıqlananların reaksiyasıdır. Tәkrarlamağa gәrәk var, Eminә "get" demәk harakiri qismindә bir şeydir - nә edirsiniz...
Yayda müqavilәsi bitәcәk Eminlə "Qarabağ" vә "Sabah"ın maraqlandığı haqda xәbәrlәr çıxıb. İddiaların reallığı haqda fikrim yoxdur, ancaq düşünürәm ki, Mahmudov әvvәlcә "Neftçi" ilә münasibәtlәrinә tam aydınlıq gәtirmәmiş başqa danışıqlara razılıq vermәz.
Emin "Neftçi"nin düşünәn beyni, üslubu, xarakteridir. Әhәmiyyәti bu qәdәr dәrin olan biriylә yolların ayrılması әn azı o dәrinlikdә problemlәr yarada bilәr.
Bunu "Neftçi" azarkeşi dә anlamalıdır/anlıyır da... klub rәhbәrliyi dә, Eminin özü dә. Güman ki, Mahmudov da hiss etmәmiş deyil ki, onun tәrzinә әn uyğun yerli klub elә "Neftçi"dir. O, burada simvoldur, liderdir. Bu anlayışlar klub vә futbolçunun spektrindən baxılanda yüksәk dәrәcәdә әhәmiyyәtlidir...
Emin Mahmudov mövzusunda klub mövqeyini açıq bildirib: "Neftçi" Emini buraxmaq fikrindә deyil". Mahmudovun fikri isә hәlә bilinmir. Söz-söhbәtlәr dә bu sәbәbdәn yaranır, yayılır vә hәtta arzulanmaz mәcra alır. Yәqin Emin dә bunun fәrqindәdir...
futbolpress.az
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

