Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak etdi
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və elmi tədqiqatlar naziri vəzifəsini icra edən Abdulrahman Al Avarın dəvəti ilə Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Adalet.az xəbər verir ki, “Gələcəyin Hökumətlərinin Formalaşdırılması” mövzusunda baş tutan Dünya Hökumət Sammitinin 2026-cı il buraxılışında dünyanın müxtəlif ölkələrindən nazirlər daxil olmaqla, 6000-dən çox yüksəksəviyyəli iştirakçı, 400-dən çox nüfuzlu spiker, habelə 80-dən çox beynəlxalq təşkilat təmsil olunub.
Sammit çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən təşkil olunan “Əməyin gələcəyi” mövzusunda nazirlər panelində iştirak edib. Panel zamanı əmək bazarının transformasiyası, elm və texnologiyanın iş dünyasına təsiri, eləcə də innovativ yanaşmaların və qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması ilə bağlı aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Digər Xəbərlər
03 Aprel 2026 10:10
Dövlət qulluqçusu olmaq istəyən 1227 nəfər imtahan verəcək
02 Aprel 2026 18:20
Qənirə Paşayeva adına mükafat bu dəfə Bakı Slavyan Universitetində... - FOTOLAR
02 Aprel 2026 16:13
Bağça müəllimlərinin yerdəyişməsi müsabiqəsi başlayır
02 Aprel 2026 15:20


Bakı -°C

