Emin Ağalarov: İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq
"İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq".
Adalet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Sea Breeze"in təsisçisi Emin Ağalarov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində deyib.
O qeyd edib, Azərbaycanın siyasi sabitliyi və dövlətin dəstəyi ilə ölkəyə sərmayə yatırmaq üçün əlverişli mühit formalaşıb:
"Bəzi ölkələrdə biznes imkanları maraqlı görünə bilər, amma siyasi qeyri-müəyyənlik investorları çəkindirir. Azərbaycanda isə əksinə, artıq 20 ildən çoxdur ki, sabitlik təmin olunub və investorların etibarı möhkəmlənib. Dövlət dəstəyi və şərait burada biznesin inkişafı üçün mühüm amildir".
Ağalarov bildirib ki, şirkəti vergi ödəyiciləri arasında mühüm yerlərdən birini tutur:
"Ötən il bizim şirkət 62-ci yerdə qərarlaşıb. Bizim ödədiyimiz vergilər büdcəyə daxil olur və sosial layihələrin həyata keçirilməsinə yönəlir".
O, həmçinin əlavə edib ki, hazırda Azərbaycanda həyata keçirilən tikinti layihələrinin dəyəri təxminən 5 milyard dollar təşkil edir:
"Bu, ölkəyə gətirilən irihəcmli investisiyalardır. Mən hesab edirəm ki, bu, həm iqtisadiyyat, həm də cəmiyyət üçün faydalıdır".
Emin Ağalarov gələcək planlardan da danışıb: "İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq. Su təmizlənməsi, bərpaolunan enerji, külək turbinləri və digər alternativ enerji layihələri nəzərdə tutulub. Məqsədimiz ölkəni mümkün qədər yaşıl və ekoloji cəhətdən təmiz etməkdir".
Onun sözlərinə görə, qarşıdakı 10-15 ildə "Sea Breeze" həm yaşayış, həm investisiya, həm də beynəlxalq turizm mərkəzi olacaq:
"Gələcəkdə bura təkcə azərbaycanlılar üçün yox, bütün region ölkələrinin sakinləri üçün cəlbedici bir mərkəzə çevriləcək. Biz kənd turizminin inkişafı istiqamətində də layihələr həyata keçirməyi planlaşdırırıq".
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

