adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Sentyabr 2014 12:10
9017
KRİMİNAL

Əmi qardaşı oğlunu bıçaqladı

Ötən gecə saat 01:00 radələrində Şəmkir rayonunun Sərxan yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.

Adalet.az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 37 yaşlı Nəriman Meymiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır olaraq qiymətləndirirlər.

İlkin məlumata görə, N.Meymiyevi əmisi bıçaqlayıb. Qohumlar arasında qan davasına səbəb kimi su üstündə mübahisə göstərilir.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.