14 Oktyabr 2025 19:16
89
ŞOU-BİZNES

Əməkdar artist şəkillərini müzakirəyə çıxaranlara xəbərdarlıq etdi

Sosial şəbəkələrdə, müxtəlif xəbər saytlarında və şəxsi səhifələrdə tez-tez şəkillərim paylaşılır. Təşəkkür edirəm, xoş sözlər, diqqət və dəyərləndirmə mənim üçün önəmlidir. Amma bu mənim istəyimə ziddir.

Adalet.az xəbər verir ki, əməkdar artist Nailə İslamzadə

"Təəssüf ki, bəzi paylaşımlar təhrif olunur, bilərəkdən kontekstdən çıxarılır və diqqət çəkmək məqsədilə yanlış başlıqlarla təqdim edilir.

Peşəkar fəaliyyətimlə, illərlə qazandığım tamaşaçı etimadına sahib olmaq mənim üçün kifayət qədər böyük mükafatdır. İstəmirəm ki, sosial mediada şəkillərim müzakirə obyekti olsun və mənim adım “klik” və ya “layk” üçün istifadə edilsin. Hamı bilir ki, doğum tarixim 1961-ci ildir. Təkrar-təkrar, bunu yazaraq istifadəçiləri də yormayın. Xarici görünüş ilk baxışda insanı cəlb edə bilər, amma daxili nur, səmimiyyət, mərhəmət və ağıl olmadan o gözəllik çox tez solur.

Anlayıram, mən ictimai insanam və haqqımda paylaşımlar ola bilər. Amma, cılız başlıqlarla, illər əvvəl çəkilmiş video və şəkillərimi indi çəkilmiş kimi təkrar-təkrar səhifənizdə yerləşdirib müzakirə açmayın! Mövzu qıtlığınız varsa, bir az dərin düşünün, necə etmək olar ki, səhifəniz maraqlı olsun. Haqqımda nə isə yazmaq istəsəniz mənə müraciət edin.

Xahiş edirəm, bu qərarıma anlayışla yanaşasınız və bundan sonra şəkillərimi müzakirə obyektinə çevirməyəsiniz.

Əks halda, bu, həm etik normaların, həm də müəlliflik və şəxsi hüquqların pozulması kimi qiymətləndiriləcək.