adalet.az header logo
  • Bakı -°C
11 Fevral 2026 12:09
84
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “Qazandıqlarımı bacı-qardaşlarıma xərclədim”

Əməkdar artist Yusif Mustafayev  bir zamanlar bizneslə məşğul olduğunu  söyləyib.

Adalet.az xəbər verir ki, o, artıq bu işlə məşğul olmadığını etiraf edib:

“Bir vaxtlar restoran biznesi ilə məşğul idim. Hər kəs bilir ki, hansı restoranları işlətmişəm. Sonra davam etmədim. Onları satıb bacı-qardaşlarıma ev- eşik qurdum. Hər kəs mənə deyir ki, birinci özünü düşün. Axı  onlar da mənim doğmalarımdır.  Mən necə onları diqqətdən kənarda saxlayım? Bu mümkün deyil. Həmin biznesdən qazandıqlarımı bacı-qardaşıma xərclədim”.

Əntiqə