Əməkdar artist: “O mahnını sanki özü üçün yazmışdı...”

“Qənirə xanımla ana-bala kimi olmuşuq. Onun itkisi çox ağır oldu. Mən ona qızım deyəndə, deyirdi ki, “Firuzə xanım, özünüzü xocaltmayın. Siz mənim böyük bacımsınız”. O, jurnalistikanın Milli Qəhrəmanı idi”
Bunu Adalet.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova vəfat edən millət vəkili Qənirə xanım Paşayeva haqda danışarkən deyib. Firuzə xanım bu acı xəbərdən çox sarsıldığını bildirib:
“Ondan analar dünyada tək-tək doğar. O, bu həyata düzgünlük üçün döyüşməyə gəlmişdi. Qənirə xanımın Oqtay Kazıminin musiqisinə yazdığı “Əlvida” mahnısını da oxumuşam. O mahnını sanki özü üçün yazmışdı. Yəqin ki, belə insanlar dünya üçün tək-tək doğulur. Ondan bir də dünyaya gəlməyəcək, biz çox böyük bir adamı itirdik. O, sanki elə bil göydən saçılan bir ulduz idi. Şökət xanım üçün həmişə deyirdim ki, mənim sənət günəşim. Amma indi Qənirə xanım üçün bir ad fikirləşə bilmirəm ki, ürəyim sakit olsun”.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Onlara Prezidentin mükafatı veriləcək

Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM

"Mən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. Görəsən niyə?" - Leyla Turan yazır
