adalet.az header logo
  • Bakı -°C
16 Iyul 2026 12:41
58
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “İstəmədiyim həyatı yaşamışam”

Əməkdar artist Lalə Məmmədova  illər əvvəl yaşadığı problemlərdən danışıb.

Adalet.az xəbər verir ki, müğənni heç vaxt şəxsi problemlərini sosial şəbəkəyə və efirlərə gətirməyin tərəfdarı olmadığını söyləyib.

“Mən çox əzablar çəkmişəm. Arzulamadığım həyatı yaşamışam. Düşdüyüm vəziyyətdən çıxış yolu axtarmağa çalışmışam. Heç vaxt övladlarımın   xəbər mövzusu olmasını istəməmişəm.  Ancaq bəzi xəbər saytları, bəzi telekanallar şəxsi həyatımı xəbər mövzusu etdilər. Bir zaman gəldi ki, onlar da valideyn oldular. Yəqin məni indi daha yaxşı anlayarlar.
Ancaq onlara və övladlarına heç vaxt pislik arzulamadım”.

Əntiqə