Əmək Məcəlləsinə hansı dəyişiklik edilib? - AÇIQLAMA
Azərbaycan Prezidenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Yeni fərmanla Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir.
Adalet.az xəbər verir ki, bunu Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qanuna əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və bildiriş ləğv olunacaq:
"Bununla da, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək. Yeni dəyişikliklər əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsinə xidmət edəcək. Dəyişikliklər və təkmilləşdirilən altsistem işçi qüvvəsi balansı, işçi qüvvəsinə təklif və tələbin ehtimal olunan həcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradacaq.
Buna əsasən əmək, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi digər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsində məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik, saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına gətirib çıxaracaq".
Digər Xəbərlər
28 Sentyabr 2026 22:00
İcra başçısı məmuru danladı - "Camaatın ağzından vurmayın" - VİDEO
28 Sentyabr 2026 19:07
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? -DOSYE
28 Sentyabr 2026 19:04
Hazırda bu rayonların icra başçısı YOXDUR
28 Sentyabr 2026 17:38
Kamran Əliyev generallara yeni rütbələrini təqdim etdi
28 Sentyabr 2026 17:00
AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə bir sıra reysləri təxirə salındı
28 Sentyabr 2026 13:47
Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
28 Sentyabr 2026 13:15
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
28 Sentyabr 2026 12:12


Bakı -°C

