Əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndi
Əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam etdirilir. "R+C-TRANS" MMC tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılıb.
Masallı rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin Masallı rayonu ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə hüquqi şəxsin ünvanına, Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru Məmmədov Rzaxan Şiraslan oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə göndərilmiş və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimə edilib.
Digər Xəbərlər
29 Aprel 2026 20:00
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
29 Aprel 2026 19:53
Şahin Mustafayevin korteji Ağverəni belə TƏRK ETDİ - VİDEO
29 Aprel 2026 19:21
Hesablama Palatasından mühüm TƏKLİF
29 Aprel 2026 17:49
Bakı metrosu WUF13 iştirakçılarına müraciət etdi
29 Aprel 2026 17:33
Kamran Əliyev Mərakeşdə - FOTO
29 Aprel 2026 16:34
Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində görüş keçirdi - FOTO
29 Aprel 2026 14:59
Azərbaycan-İran sərhəddində yeni keçid məntəqəsi istifadəyə veriləcək
29 Aprel 2026 12:54


Bakı -°C

