adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 May 2018 13:26
13737
ƏDƏBİYYAT

ƏLÖVSƏT BƏŞİRLİ: «KÜR, ANA KİMİ MEHRİBAN, ATA KİMİ SƏRTDİR»

Qonağımızuzun illər Azərbaycan mətbuatında çalışmış,yazıçı-publisist Əlövsət Bəşirlidir. O, bölgələrarası qəzetin müxbiri, redaktormüavini, redaktoru, Azərbaycan radiosu təbliğat redaksiyasının redaktoru, respublika televiziyası gənclər redaksiyasınınşöbə müdiri, «Mədəni maarif» jurnalının baş redaktoru, Heydər Əliyev adına HərbiAkademiyada Redaksiya-nəşriyyat şöbəsinin rəisi, baş redaktoru vəzifələrində işləmiş,SSRİ Jurnalistlər İttifaqının mükafatı laureatı olmuş, respublika Ali SovetininFəxri Fərmanına, Azərbaycan mediasının inkişafında uzunmüddətli və səmərəli xidmətlərinəgörə Mətbuat Şurasının mükafatına və diplomuna layiq görülmüşdür.


- Yazılarınızın birində belə bir obrazlı ifadə var:Kür mənim tərcümeyi-halımdır. Bəlkə bir qədər Kürdən söhbət açaq…

- Dünyayagözümü Kürün qırağında, ata-baba yurdum Salyanın qədim Cəngən kəndində açmışam.Kürün suyu, balığı, çörəyi, mer-meyvəsi ilə boy atmışam. Onun qoynunda sapsağlamböyümüşəm. Lap ilk çağlarımdan, qonşunun uşağı çayda boğulanda özüm üçün bir həqiqət«kəşf» etmişəm: Kür ana kimi mehriban, ata kimi sərtdir. İməkləyə bilməyən çağaanasının qucağında rahatlıq tapır, üzməyi bacarmayan Kürün qoynunda boğulur.

Bu sadə,adi həqiqət erkən çağlarımdan məni yaşıdlarımla birlikdə yayın cırhacırında üzməyiöyrənməyə məcbur edib.

Kürlə bağlıxatirələrim tərcümeyi-halımdır, unudulmaz çağlarımdır, mənə çox əzizdir.

Doğma sahildə,Kür qırağında ürəyim sinəmə sığmır, döyüntüsü qulaqlarımda səslənir. Sonra elə bildərin sükuta qərq oluram. Və birdən bu əsrarəngiz sükut içində qulağıma səs gəlir,Kürün səsi… «Bəs niyə qəlbimdə ümman döyünür; mən qulaq asdıqca Kürünsəsinə? (S.Vurğun)». Hər dəfə gözlərimi yumub diqqət kəsilmişəm: mənə elə gəlirki, çox uzaqlardan qopub gələn bu səs… ulularımın səsidir. Ana Kürün bərəkətli sahillərində yurd-yuva tikən, məskən salan, barlı-bəhrəlibağlar becərən, nəsilbənəsil torpaqla çarpışan, onu göz bəbəyi kimi qoruyan, uğrundacanlarını əsirgəməyən uluların ruhunun səsi…

Sanki ürəyimdən keçən arzumu ünlü şairimiz Əliağa Kürçaylıdilə gətirib:

Sənmənə ömrüm boyu

Birbulanıq Kür suyu,

bir söyüd yarpağı ver…

Canımdanəziz olan,

üstündəçiçək solan

şorMuğan torpağı ver…

-Siz uzun müddət çox şərəfli,eyni zamanda çətin bir peşənin – jurnalist peşəsinin daşıyıcısı olmusunuz. Operativ,həm də ədalətli olmaq çətin deyil ki?

- Şübhəsiz çətinliklər olur. Mən xüsusilə mətbuatda işləyərkənmüəyyən çətinliklərlə üzləşmişəm. Universiteti bitirəndən sonra rayonlararası qəzetdəədəbi işçi, xüsusi müxbir, redaktor müavini vəzifəsində çalışmışam. Bakıda müxtəlifqəzet-jurnallarda qələmimi sınasam da, tənqidi yazılara, xüsusən felyetonlara üstünlükvermişəm. Həmişə çalışmışam ki, obyektiv olum, ədalətli mövqe tutum. Buna baxmayaraqqınaqlar, narazılıqlar, bəzən şikayətlər də olub. Lakin konkret, danılmaz faktlarasöykəndiyimə görə haqlı olduğumu sübut etməkdə çətinlik çəkmişəm.

-Belə bir ifadə var: mənə informasiya verin, dünyanı tərpədim. «Dünyanı tərpətdiyiniz vaxt» yəqin ki, «tərpənən dünyanın»qəzəbinə də tuş gəlmisiniz…

- Əlbəttə (gülür), «dünyanı tərpətməkdən» söhbət gedəbilməz, bununla belə, tərpənən bölgənin, eləcə də bəzi məmurların qəzəbinə tuş gəlməkqaçılmazdır. Redaktoru olduğum «Yeni gün» qəzetinin «Dəryaz» satira və yumor səhifəsindəyüksək vəzifəli və özündənrazı birisindən karikaturası ilə birlikdə felyeton vermişdim.Elə qəzəblənmişdi ki, raykomun bürosunda dil boğaza qoymur, əl-qolunu ölçürdü. Mənəsöz veriləndə konkret faktlar sadalayıb bunları sübut edən sənədləri rayon rəhbərininqarşısına qoydum… Az sonra yoxlama keçirildi, felyetonun qəzəbli «qəhrəmanı» cəzalandırıldı.

-Sovet dövrünün 60-cı illərində ədəbiyyatda olduğu kimi jurnalistikada da bir çoxuğurlu imza özünü tarixin yaddaşına həkk edə bildi. Bunun da kökündə mükəmməl təhsildayanırdı. Təhsil aldığınız illərdən, müəllimlərdən söz açardınız…

- Bəxtimdən çox yaxşı müəllimlərim olub: orta məktəbdə,universitetdə, həyatda!

Azərbaycan Dövlət Universitetində təhsil aldığım tələbəlikilləri məni büsbütün dəyişdi. Sanki hər müəllim əsl məktəb, xəzinə idi: akademiklərHəmid Araslı, Cəfər Cəfərov, professorlar - yazıçı Mir Cəlal, Səlim Cəfərov, YusifSeyidov, Hadı Mirzəzadə, ixtisas müəllimlərimiz, jurnalistika kafedrasının müdiriHəsən Şahgəldiyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nüsrət Bağırov, SeyfullaƏliyev, Nəriman Zeynalov…

Görkəmli jurnalist, gözəl qələm sahibi, maraqlı oçerklərinmüəllifi, həm də əsl müəllim, qayğıkeş insan idi Nurəddin Babayev. Qrupumuzla ilk görüşündəbizimlə açıq söhbət edib demişdi: «Bu günədək mən sizin heç birinizi tanımamışam.Burada qohumum, yaxınım yoxdur. Müəyyən vaxtdan sonra isə olacaq. Yadınızda saxlayın:kim jurnalist sənətinə hörmətlə yanaşsa, bunu öz qələmi ilə sübut etsə, mətbuatdayazıları ilə çıxış etsə, mən həmkarım, qələm dostum kimi ona hörmət bəsləyəcəm».

Nurəddin müəllim sözünün üstündə möhkəm durdu. Bizə sənətinsirlərini, yazı mədəniyyətini öyrətdi. Sonra müxtəlif mövzularda yazılar tapşırdı. Onun köməyi ilə mətbuataayaq açdım, yazılarım dərc olundu, efirdən səsimgəldi.

Nurəddin müəllimhəmişə bizə deyərdi ki, qələmi olan jurnalist ac qalmaz. Bənna daşdan, jurnalist qələmindən pul çıxarar.

Salyanda rayonlararası qəzetdə müxbir işələyərkənBakıdakı redaksiyalarla əlaqə saxladım. Respublika mətbuatında yazılarım dərc olundu. Nəriman müəllim «Kommunist»qəzetində kənd təsərrüfatı şöbəsinin müdiriidi. Yazılarım xoşuna gəlirdi. Deyirdi ki, Salyana, Neftçalaya, Puşkinə (indi Biləsuvar),Astraxanbazara(indi Cəlilabad) müxbir göndərmirəm, sənə arxayınam. Mən də müəllimimin etimadınıdoğruldur, onun tapşırığı ilə qonşu rayonlara da gedirdim. O vaxt respublikada birinciqəzet sayılan «Kommunist»in ştatdan kənar müxbiri kimi hər ay yaxşı qonorar alırdım. Azərbaycan radiosunun efirindən tez-tez səsim gəlirdi. Mən informasiyanı, müxbirsöhbətini, reportajı hadisə yerindən Hacı müəllim (Hacı Hacıyev Respublika radiosuXəbərlər və Təbliğat Redaksiyasının baş redaktoru, sonralar Azərbaycan Jurnalistlərİttifaqının sədri – Ə.B.) demişkən, «isti-isti» ötürməyi hələ tələbəikən öyrənmişdim.

- Jurnalistikada sizə ən çox uğur gətirən hansı janr olub?Ümumiyyətlə, jurnalistikanın hansı janrına üstünlük verirsiniz?

- Hələ tələbəlikillərində daha çox oçerk yazmağa həvəsim olub. Nurəddin müəllimin tapşırığı iləbeşinci kursda bir ay Neft daşlarında qalmışam. «İnsan və dəniz» oçerkim diplomişim kimi «əla» qiymətə layiq görülüb. Sonralar, xüsusən uzun müddət Cəlilabaddaişləyəndə tənqidi yazılara, felyetonlara üstünlük vermişəm.

- Siz hər iki dövrün, həm hakim ideologiyadan asılı olansenzuralı medianın, həm də azad medianın şahidisiniz. Bu dövrlər arasındakı fərqinecə xarakterizə edərdiniz?

- Azərbaycan mətbuatıklassiklərinin təməlini qoyduqları gözəl ənənələri sovet dönəmində senzura qadağalarına,məhdudiyyətlərinə baxmayaraq özlərinə məxsus üslubda davam və inkişaf etdirən, vaxtiləauditoriyalarda, sonra isə redaksiyalarda, həyatda bizi öyrədən ustad jurnalistlərinyaradıcılıq fəaliyyətlərini araşdıran elmi-tədqiqat işləri aparılmalı, gənc jurnalistlərnəslinə yetərincə çatdırılmalıdır. Mənim fikrimcə bu, çox vacibdir, mənəvi borcdur.Heç vəchlə tarixi mərhələ təşkil edən bütöv bir dövrün üzərinə qara pərdə çəkməkolmaz.

Mətbuatda senzuranın ləğvi, Azərbaycanda azad, müstəqilmedianın yaranması böyük tarixi hadisədir. Yaşlı jurnalistlər nəslinin nümayəndəsikimi Tanrıma, taleyimə minnətdaram ki, ömrün bu çağına yetirdi məni. Uzun illərşahidi olduğum, indi isə qəzet-jurnal məqalələri ölçüsünə sığmayan hadisələri, xarakterləri,hiss və həyəcanlar burulğanını bədii təfəkkür süzgəcindən keçirib ədəbiyyata gətirməyəimkan tapdım.

Yeri gəlmişkən, cavanhəmkarlarıma bir vacib məsələyə diqqət yetirmələrinitövsiyə edərdim. Mətbuat, söz azadlığı jurnalistin bir qələm sahibi kimi məsuliyyətiniqətiyyən azaltmamalıdır. Əksinə, onu düşündürən, narahat edən mövzuları yüksək məsuliyyət hissiylə, konkret faktlara əsaslanaraqyazmalıdır. Tənqidi təhqirə çevirmək, heç kəsin şəxsiyyətinə toxunmaq olmaz. Hərhansı informasiya, adi xəbər belə oxucuya, dinləyiciyə düzgün, qərəzsiz, vicdanla çatdırılmalıdır.

- Bu gün jurnalist təhsili olmayan bir çox tanınmış jurnalistlərvar. Sizcə peşəkar jurnalist üçün jurnalistika təhsili vacibdirmi?

- Mənim subyektivfikrim belədir: peşəkar jurnalist üçün jurnalistika təhsili lazımdır. Müvafiq təhsiliolmadan mediada çalışıb tanınanların belə bu ixtisasa mükəmməl yiyələnmələri üçünuyğun kurslarda biliklərini təkmilləşdirmələri faydalı olardı.

- Bu gün istər televiziya jurnalistikasında, istərsə dəmətbuat və virtual sahənin jurnalistikasında Azərbaycan dilinin normaları tez-tezpozulur. Həmişə dilin keşiyində dayanan bir yazar kimi belə hallar sizə necə təsiredir?

- «Azərbaycan Respublikasınındövlət dili haqqında» Qanunda deyilir ki, bütün kütləvi informasiya vasitələri(mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğulolan qurumlar Azərbaycan dilinin normalarınariayət olunmasını təmin etməlidirlər.

Çox təəssüf ki, dilimizinnormaları tez-tez pozulur. Dilin qayda-qanunlarına əməl etmədən yazmaq, danışmaq getdikcə dəb halınıalır. İndi efirdən tez-tez oblast, industriya, rezerv, yerli-yersiz prioritet sözlərinieşitmək olar. «Sakitçilik», «xoşbəxtçilik», «bədbəxtçilik, «narazıçılıq», «bu günlərim»,«sonram» və s. bu kimi ifadələrin müntəzəmolaraq işlədilməsinə, məntiqsiz fikirlərə nə deyəsən?!

Efirdən reklam xarakterli«Nəriman Nərimanovda yerləşən qadın salonu» və yaxud «Uşaq bağçasının Elmlər, Əcəmi,Xalqlar filialları» kimi ifadələrin səslənməsi sələflərimizə, tariximizə, dilimizəhörmətsizlikdir.

Kütləvi informasiyavasitələri dilin qorunmasını, işləkliyini, təmin etməyə birbaşa borcludur və bununüçün məsuliyyət daşıyır. Bu mənada kadr seçiminə diqqət yetirilməsi vacibdir.

- Nümunəvi bir ailəniz var. Həyat yoldaşınız da tanınmış jurnalistdir. Nəzər alsaq ki, bu sənətinsanı bütünlüklə özünə tabe edir, çətinolmadı ki, sizin üçün?

- Əksinə, həm ailədə,həm də işdə bir-birimizə dayaq olduq. Qarşımızaçıxan çətinlikləri birlikdə aradan qaldıra bildik.

Tale elə gətirdi ki, mən Azərbaycan Televiziyasının«Gənclik» redaksiyasının şöbə müdiri işləyəndə 1970-ci ildə Mərkəzi Komitənin qərarıilə Cəlilabad rayon qəzetinə redaktor təyin olundum. Ailəmiz həmin rayona köçdü və birlikdə işləyibyaşadıq, uşaqlarımızı boya-başa çatdırdıq. Əvvəlki təcrübəmiz və bir yerdə çalışmağımızöz bəhrəsini verdi: «Yeni gün» qəzeti nəinki Azərbaycanda, hətta keçmiş Sovetlərİttifaqında tanındı, SSRİ Jurnalistlər İttifaqının ən yaxşı rayon qəzetləri üçüntəsis etdiyi mükafata layiq görüldü. Sonra mən felyetonlarıma və tənqidi yazılarıma görə SSRİ Jurnalistlər İttifaqınınmükafatı laureatı oldum və idarə heyətininşəhər-rayon qəzetləri üzrə bürosunun üzvü seçildim.

Həyat yoldaşım da,mən də sənətimizin vurğunu, qətiyyətli, nikbin olmuşuq. Nazim Hikmətin bir sözüyadıma düşür: xoşbəxt o adamdır ki, evdən işə, işdən evə tələsir. Biz bütün günüevlə redaksiya arasında çalışır, çarpışır, ailəmizlə, ürəyimizcə olan işimizlə nəfəsalırdıq.

Həyatımızın unudulmazillərini – düz 20 ilini Cəlilabadda yaşayıb işləmişik, öz elinə, torpağına bağlıolan əqidəli, sadə insanlarla, ziyalılarla duz-çörək kəsmişik. Azərbaycanın bu gözəlguşəsinin göz oxşayan, ürək açan mənzərələri yaddaşımızda dərin iz salıb.

- Jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğulolursunuz. Bədii yaradıcılığınızı jurnalist fəaliyyətinizin tərkib hissəsi kimiqəbul etmək olarmı?

- Əlbəttə, olar.Bunu ilk dəfə mənə görkəmli yazıçı-jurnalist, ustadım Nahid Hacızadə Televiziyavə Radio Verilişləri Komitəsində birlikdə işləyəndə demişdi. O, baş redaktor kimi yazılarımı diqqətlə oxuyurdu, oçerklərimi sənədlihekayə kimi dəyərləndirirdi. Həvəslənib etüdlər, kiçik hekayələr yazmağa başladım.Rayonda işlədiyim müddətdə şahidi və iştirakçısı olduğum real həyat hadisələri əsasındayazdığım povesti Nahid müəllim bəyəndi, «Azərbaycan» jurnalında çap etdirməyimiməsləhət gördü. Povestin taleyi uğurlu oldu. Onun ardınca «Zirvədən zülmətə», «Günah»,«Susmuş çayın nəğmələri» povestləri və «Qəsd» romanı nəşr edildi.

«Qəsd»in maraqlı,oxunaqlı bir əsər olduğunu, romanda sərt, amansız həyat gerçəkliyinin müxtəlif insantaleləriylə qovuşduğunu ədəbi tənqid xüsusilə qeyd etmişdir.

Son illərdə «Azərbaycan»,«Ulduz», «Yada düşdü» jurnallarında, «Ədəbiyyat» qəzetində, «Kaspi», «Ədalət» və«525-ci qəzet»də povest, hekayə, esse, publisistik məqalə və xatirələrim («Adamsızadam», «İblis xisləti», «İnsan kimi», «Qürub çağı», «Üfüqdə qaralan dağlar», «İnam»,«Yalqız», «Gecə yarısı döyülən qapılar», «Kürün sahilləri, ömrün dolayları») çapolunmuşdur.

Hazırda «Həyat hekayələri»silsiləsindən hekayələr və esselər üzərində işləyirəm.

- Çox sağ olun. Sizə yaradıcılıq uğurları və cansağlığıarzulayırıq.