Elmir Vəlizadə: “Mediamız bədniyyətli qrupların da diqqət mərkəzindədir”
Azərbaycan mediası təkcə dünya ictimaiyyətinin deyil, bədniyyətli qrupların da diqqət mərkəzindədir
Adalet.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, lektron Təhlükəsizlik Xidməti və “AzİntTelekom” MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda tədbirdə bildirib.
"Son hadisələr göstərib ki, Azərbaycan mediası təkcə dünya ictimaiyyətinin deyil, həm də bədniyyətli qrupların diqqət mərkəzindədir. Ölkəmizdə gedən proseslər kimlərinsə xoşuna gəlmir və onlar hansısa şəkildə bu proseslərə müdaxilə etmək istəyirlər, bunun üçün də müəyyən mənada medianı hədəf kimi görürlər. Bu təlimlər ona görə təşkil olunur ki, mediamız bu illərdə qazandığı nüfuzunu saxlasın, daha da genişləndirsin, müasir texnologiyalar onlara maneəçilik törətməsin. İnformasiya texnologiyaları, kibertəhlükəsizlik sahəsində olan mütəxəssislər də özlərini mediadan kənar hiss etməsinlər. Onlar bir kollektivin üzvü olaraq ümumi işə, məqsədə töhfə vermək məramında olsunlar”, - deyə PA sektor müdiri qeyd edib.
Digər Xəbərlər
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06
Bu hesabatda Azərbaycana dair qərəzli mülahizələr var - MEDİA
10 Mart 2026 12:33
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
04 Mart 2026 11:39


Bakı -°C

