MEDİA nümayəndələri Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər
30 mart tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Medianın İnkişafı Agentliyinin nümayəndələri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib.
Adalet.az xəbər verir ki, ziyarət zamanı Dezinformasiya ilə Mübarizə Mərkəzinin koordinatoru Deniz Demir tərəfindən Mərkəzin fəaliyyət istiqamətləri, institusional strukturu, habelə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən layihələr və tətbiq olunan yanaşmalar barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz müasir informasiya mühitində saxta və manipulyativ məzmunların operativ şəkildə aşkarlanması, təhlili və qarşısının alınması istiqamətində sistemli fəaliyyət həyata keçirir.
Daha sonra keçirilən ikitərəfli görüşdə tərəflər dezinformasiya ilə mübarizə sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalq təcrübə və effektiv mexanizmlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal mediada etibarlı məlumat mühitinin formalaşdırılması, habelə analitik təhlil imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.
Digər Xəbərlər
13 May 2026 15:06
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi
12 May 2026 15:20
MEDİA: Azərbaycan mediası sülhün təbliğatçısı olmaldır
05 May 2026 14:30
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
05 May 2026 13:04
Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
05 May 2026 12:10
Azərbaycan və Suriyanın media əməkdaşlığı müzakirə edilib
01 May 2026 14:12
MEDİA-nın təşkilatçılığı III Forumun açılış mərasimi keçirilib - FOTOLAR
01 May 2026 12:07
Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
01 May 2026 11:50


Bakı -°C

