Elmi Cərrahiyyə Mərkəzi guya qanunsuz ağac kəsilməsi iddialarına aydınlıq gətirdi
İnstaqram platformasında "Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi" PHŞ ilə bağlı guya qanunsuz ağac kəsilməsi barədə həqiqəti əks etdirməyən məlumat paylaşılıb.
Bununla bağlı Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Adalet.az-a verilən açıqlamada bildirilir ki, ərazidən götürülən ağaclar köküstü quru və qəzalı vəziyyətdə olan ağaclardır, onların kəsilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.
Ağacların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş rəy və müvafiq komissiya qərarları əsasında aparılıb. Bu barədə rəy, protokollar, yaşıllıqların götürülməsi üzrə komissiyanın qərarı və foto materiallar mövcuddur.
Bundan əlavə, ərazidən götürülən ağacların əvəzinə yeni ağaclar əkilib.
Fotoşəkillər təqdim edilir.
Digər Xəbərlər
21 May 2026 15:40
Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağdı - VİDEO
21 May 2026 15:18
Alena Əliyeva “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsində - FOTOLAR
21 May 2026 12:55
Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub - FOTOLAR
21 May 2026 12:31


Bakı -°C

