Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıt şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Elm və Təhsil Nazirliyindən Adalet.az-a bildirilib ki, qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri fevralın 13-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının müvafiq bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.


Bakı -°C

