Əlisəfa Azayevin Yeni kitabı - FOTO
Azərbaycanın tanınmış və poliqrafiya sahəsində böyük təəccürbəsi olan "Marif" nəşriyyatı yeni bir kitabı oxucuların ixtiyarına verib. 320 səhfədən ibarət olan bu kitabın müəllifi kifayət qədər oxucusu olan yazıçı - hüquqşünas Əlisəfa Azayevdir. Kitabın redaktoru Fariz Məhərrəmov, korrektoru Aynur Çingizqızıdı.
Maqraqlı dizaynla işıq üzü görmüş kitabda müəllifin "Notariusun qeydləri" povesti ilə yanaşı bir xeyli hekayələri də çap olunmuşdu. Özünəməxsus yaradıcılıq üslubu olan Əlisəfa müəllim qələmə aldığı povestdə daha çox həyat həqiqətlərinə, əmək fəaliyyəti dövründə qarşılaşdığı, şahidi olduğu gerçəkliklərə bədi nəfəs verərək düşündürücü və inandırıcı bədii nümunələr yarada bilmişdi. Onun qələmə aldığı povest və hekayələrin qəhrəmanları bizim aramızdadır, bizim təmasda olduqlarımızdan biridir.
Düşünür və inanıram ki, Əlisəfa Azayevin " Notariusun qeydləri" tezliklə öz oxucularına qovuşub onlarla ünsiyyət qura biləcək.Mən isə öz növbəmdə bir oxucu kimi , müəllifi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzu edirəm.
Əbülfət Mədətoğlu
Digər Xəbərlər
18 Sentyabr 2026 20:50
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - VİDEO
18 Sentyabr 2026 11:50
Vaqif Aslan: ""Könül və can birliyi "Vurğun və Azərbaycan" birliyidir!"
18 Sentyabr 2026 11:49
“SÖZÜN SƏSİ” – SÖZÜN, MUSİQİNİN VƏ KİNO SƏNƏTİNİN VƏHDƏTİ
18 Sentyabr 2026 09:10


Bakı -°C

