adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Avqust 2020 13:16
61202
ƏDƏBİYYAT

Əlisa Nicat: Azərbaycanlı olmaqdan böyük faydasızlıq yoxdur

Uşaq,bu balaca oğlan, çılpaq, təzəcə ayaq açan və başdan-başa sevinc saçan oğlanyalvarış dişini təzəcə çıxarmışdı. Ancaq onun yalvarışına baxmadılar, hansı bir it sürücü isə onumaşınla vurub öldürdü.

Sürücüyə heç nə etmədilər. Günahı 2 yaşlı oğlanın üstünə atıb,sürücünü bir az xərcə saldılar.

Bu hadisə anasının ağlamasından başqa heç bir reaksiya oyatmadı.

Bu hadisəni necə qiymətləndirmək, onu necə şərh etmək olar? Bəzi ədalətliölkələrdə, məsələn, ABŞ-da müqəssiri güllələyirlər, başqalarına dərs olsun deyə.Və belə də olmalıdır.

Lakin belə olmur, xüsusilə bizdə.

Əslində, günahkarın cəzalandırılması da yalnız ana və ata üçün təsəllidənbaşqa heç nə deyil.

Yenicə diş çıxaranbalaca insan. Sivilizasiya olmayanda belə şeylər olmurdu. Anasının bir hissəsiolan körpə uşaqları daş dövründə hamı qoruyurdu və ona ətrafda dolu olan zəhərliilanlar, yırtıcı pələnglər və canavarlar belə, toxunmurdular.

Uşaq doğulubsa, o,yaşamalıdır. Yaşamaq onun haqqıdır. O, sevməlidir, ata və ya ana olmalıdır.

Lakin dövrümüzünyeganə yırtıcıları bu köməksiz «mələkləri» demək olar ki, hər gün məhv edirlər,bilərəkdən, ya bilməyərəkdən.

Mənim üçün təzəcəayaq açan, diş çıxaran uşaqdan gözəl dünyada heç nə yoxdur. Kim bilir, o, nəolacaq? Hərçənd ki, daha çox kartofsatan olmaq şansı var. Nə olar ki, qoyböyüsün, onun üçün yaranmışları əldə etsin, sonra öldürün. Nə qədər ki körpədir,ona toxunmaq olmaz. Axı o, Üzeyir bəy, Bethoven, Qurban Səid və Mirzə Fətəli dəola bilər.

Sadəcə, buna görəona toxunmaq olaz. Ona toxunmaq olmaz ki, o, müdafiəsizdir.

Bəs Təbiət, Allah?

Hər ikisi susur.Halbuki, istəsəydilər, elə bir qanun qoyardılar ki, uşağa qıyan dərhal zavala gələrdi.Amma istəmədilər. Onlar üçün uşaq, hər erkəyin gecə istehsal etdiyi 150 milyonquyruqlu spermatozoiddən biridir, vəssalam. Çünki onlar uzaqdadırlar, bu balacainsanın sevinc və həyat dolu gözlərini görmürlər.

Lakin şəxsən mən hələuşaq yaşlarımdan azı, yüz dəfə labüd ölümün pəncəsindən qurtarmışam. Bəs, bunukimin ayağına yazaq? Deməli, belə çıxır ki, Allah bəzən lazım olanları qoruyur.Amma, bəs lazım olmayanları? Bəs, onların ölümünü kimin hesabına yazaq?

Ümumiyyətlə,hazırda azərbaycanlı olmaqdan böyük faydasızlıq yoxdur.