“Əli və Nino”dan oğurluq edən şəxs saxlanılıb
Martın 3-də "Əli və Nino” kitab mağazasından oğurluq edən şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov KİV-ə açıqlamasında bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs dünən axşam elə hadisə yerindəcə saxlanılıb. O Sabirabad rayon sakini 1997-ci il təvəllüdlü Xəlilov Şəhruz Rəşid oğludur. Ş.Xəlilov Nəsimi rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Q. Rəhimov bildirib ki, "Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərli hadisə ilə bağlı dəfələrlə polis bölməsinə dəvət edilməsinə baxmayaraq, gəlməyib. Hadisə ilə bağlı cinayət işi açılıb, digər zəruri istintaq əməliyyatları davam etdirilir.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06