adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2019 16:35
36479
ƏDƏBİYYAT

Əli Rüzgar: Burax gedim

ƏliRüzgar 1998-ci il aprel ayının 10 da Şərur rayonunun Püsyan kəndində anadanolub. 2017-ci ildə Püsyan kənd orta məktəbini bitirib. Hərbi xidmətini yenicəbaşa vurub.

ƏliRüzgar 2016-cı ildən bədii yaradıcılıqla məşğuldur. Şeirləri "Şərurun səsi” qəzetində,"Bölgələrdən səslər” ədəbi almanaxında cap olunub. Gənc şairin bir neçə şeirini oxuculara təqdim edirik.

Bayquş

Kədərindən, ya ahından

Dünənindən, sabahından,

Bu gecənin günahından,

Bir quş səsi gəlir Allah.

Dünya boyda qəfəsindən,

O quşun od nəfəsindən,

Oxuduğu nəğməsindən,

Qarğış səsi gəlir Allah.

Göydə yanır ulduzları,

Bu gecə ay, ulduz yarı.

Bulud danıb ulduzları,

Yağış səsi gəlir Allah.

Gözlərimi zülmət deşir,

Saçlarımı rüzgar eşir.

Könlümə bir nəğmə düşüb,

Bayquş səsi gəlir Allah

Burax gedim

Ürəyimin söküyü var,

Bir-bir düşür itirirəm.

O sənə bir tikə çörək,

Mən evə dərd gətirirəm.

Məndən nələr, kimlərkeçir,

Sən də yeri qurban olum.

Tükənirəm, vaxtım azdır

Nə satan var, nə dəpulum.

Danışmağı bacarmıram,

Danışdırma sıxılarsan.

Möhkəm yapış ürəyimdən,

Söküyüvar yıxılarsan.

Ölənadama

Əvvəli sonluqdur, sonluğu torpaq,

Küləkistəməsə əsərmi yarpaq?

Acından öləni görmüşdüm ancaq,

Bu adam qəm yedi, boğuldu getdi.

Yetiminarxası, öncünün önü,

Gələcəyəbaxdı, yaşadı dünü.

Dünyadağılmadı o ölən günü,

Göydəki durnalar dağıldı getdi.

Sankiasılmışdı dağ sinəsində,

Ölmüşümidlərin ölü səsində,

Bu adam dilləndi son nəfəsində

Ömür də, həyat da nağıldı, getdi.

Son öpüş

Xoşbəxtlikyaz yağışıtək,

Üç-beş damlabəs eylədi.

Ya şimşəklərişıldadı,

Ya da bulud səseylədi.

Nə dağlaragüvəndim mən,

Nə dumana, nədə çənə.

Tanrı sevincbağışladı,

Pay düşmədiyenə mənə.

Fələk yoxuvar eyləmir,

Aca baxır,toxu görür.

Bu gecə hər kəsyuxuda,

Hər kəs eyni,yuxu görür.

Heyf ki, birmən oyağam,

Bir də soyuqbu dörd divar.

Yanağımda sonöpüşdən,

Bircə damlagöz yaşı var.

Son şeir

Bu dünya qəm dəyirmanı,

Üyüdülür dərdi-sərim.

Özüm həyatdilənirəm,

Sənə necəhəyat verim ?

Qolqanadı sınıq quşam,

Bir şikəstəyanıq quşam,

Cinayətətanıq quşam,

Azqalıram ki, çat verim.

Üfür,söndür bu son şamı,

Şamömrütək yaşar hamı.

Son kəzgüldür bu adamı,

Can versəm də rahat verim.

Yandırar

Sönəneşqin atəşini,

Nə dua, nə köz yandirar.

İnsanıbir qığılcımlıq,

Zərrə boyda söz yandırar.

Talehinöz gərəyində,

Sevdiklərinkürəyində.

Bircə kəlməürəyində,

Açar dəriniz, yandırar.

Bəlkə heç kəs dinməz, susar

Dərdadamı sındırmasa.

Yandırsa heç, yandırmasa

Tapar sənitez yandırar.

Yalansevinc adlı zəhər,

Boğazınıtutan qəhər,

Düz olarsan namərd təhər,

Namərd olsan düz yandırar.


Yerdə

Fikirlər mənasız, məsləhətlər boş,

Xəyallar, ümidlər yaşayan yerdə.

İnsan xəsisləşir dərdini vermir.

Fələk sevincini daşıyan yerdə,

Başından dağların dumanı keçir,

Ağlından illərin gümanı keçir.

Qocalıq insanın zamanı keçir,

Ömrünün gözünü yaş oyan yerdə.

Özün-öz başını aldadıb, qatıb

Elə hey qovursan günü, saatı.

Birdə görürsən ki, əcəlin çatıb,

Dincəlib başını qaşıyan yerdə.

Yıxılırsan

Fərqi yoxdu nə olsan da.

Əvvəl axır yox olursan,

Həyat eşqi ürəyində,

Bu dünyadan sıxılırsan.

Sevinirsən, dərd şəkirsən

Yaşamaqçün ev tikirsən,

Qalan ömrə göz dikirsən,

Gedən ömrə dağılırsan.

Qəlb yorulur yormasan da,

Əcəl gəlir sormasan da,

Bir dağ kimi durmasan da,

Bir dağ kimi yıxılırsan.