adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Avqust 2019 17:10
18465
ƏDƏBİYYAT

ƏLI KƏRIM, SƏRDAR ƏSƏD VƏ VAQIF İBRAHIN “PALITRA”NI MƏFTUN ETDILƏR

Son səkkiz ay ərzində Azərbaycan YazıçılarBirliyi Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən "Ralitra” Ədəbi Klubuilk addımlarını atdığı vaxtdan indiki günlərə kimi yerli yazarların, sözə-sənətədəyər verən şəhər ziyalılarının iştirakı ilə bir sıra uğurlu layihələri həyatakeçirmişdir. Adətən hər ayın 28-də saat 15-00-da yaradıcılıq günü düzənlənənklubda indiyə qədər Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, İmadəddinNəsimi ilə yanaşı, Azərbaycan Demokratik Cümhuriyyəti qurucularına da həsrolunan tədbirlər Mingəçevirdə və onun hüdudlarından uzaqlarda böyük maraq dairəsindədir.

Klubun iyul ayının 28-də şəhərdəki kafelərdənbirinin həyətində "Dəyirmi masa” şəklində keçirilən növbəti yaradıcılıq günü budəfə yaşadıqları illərdə Azərbaycan ədəbiyyatına misilsiz əsərlər bəxş edən, lakinbununla bərabər nakam ömür sahibləri hesab olunan Əli Kərim, Sərdar Əsəd vəVaqif İbrahimə həsr olunmuş, hər üç sənətkarın xatirəsi ehtiram hissiylə yadedilmişdir.

Yerli yazarların, ziyalı və ədəbiyyatsevərlərinqatıldıqları tədbiri AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə girişsözüylə açaraq, ötən yüzilliyin 60-70-ci illərində çoxsaylı oxucuların böyüksevgisini qazanan Əli Kərim, Sərdar Əsəd və Vaqif İbrahimi görkəmli sözustaları kimi dəyərləndirmiş, indiki günlərimizdə də hər üç şairin qələməaldıqları əsərlərin insanlara nəcib hisslər aşılamaq gücündə olduğunuvurğulamışdır.

Azərbaycan Yazıçılar Birliyi Ağdaşfilialının sədri Fəxrəddin Əsəd "Əli Kərimin həyatı və yaradıcılıq yolları”,İsmayıl İmanzadə "Sərdar Əsəd haqsızlığın qurbanı idi” və Mingəçevir DövlətUniversitetinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nəsimişünasşair-publisist Əbülfət Həsənoğlu "Vaqif İbrahim xeyirxahlıq simvoludur” adlı məruzələriilə nakam ömür yaşasalar da, insanların yaddaşında əbədi olaraq iz salan sənətkarlarınədəbi talelərindən, yaradıcılıq yollarından, sağlıqlarında bədxahları tərəfindənyaradılan maniyələrlə üzləşsələr də sondaəbədi olaraq xatırlanmaq haqqına sahib olduqlarından söz açmışlar.

Yerli yazarlardan Məmməd Mərzili, RəfaelDəmiroğlu, Səxavət Kəlbəcərli, söz xiridarlarından görkəmli cərrah həkim QiyasMehdiyev, tanınmış həkim Zahid Məmmədov, ədəbiyyat sevərlərdən Rəşid Rəsulov,Mahir Musa, Məhəmməd Fərzəliyev, Ağabala Salahlı və digər toplantı iştirakçıları öümlərindənsonra da zamanın fövqündə dayanmağa layiq olan hər üç şairin milli ədəbiyyatımızınsöz xəzinəsini zənginləşdirmək baxımından dəyərli əsərlər müəllifləriolduqlarını vurğulamış, onların əsərlərinin yenidən çap olunmasının zərurətindəndanışmış və hər üçünə ulu Tanrıdan qəni-qəni rəhmət diləmişlər.

"Dəyirmi masa”nın bir məqamında ötən əsrinyetmişinci illərində ədəbi üfüqdə ulduz kimi parlayıb, xeyirxahlığı ilə ovaxtkı ədəbi gəncliyin və oxucuların sevimlisinə çevrilən Vaqif İbrahimlədost-sirdaş olduğunu vurğulayan İsmayıl İmanzadə unudulmaz sənətkarla bağlıgörüşlərindən söz açmaqla, onun bir neçə şeirini dilə gətirmişdir. Tədbirdə SərdarƏsədin Əli Kərimlə dostluğuna aid maraqlı bilgilər səslənmiş, Əli Kərimdünyasını dəyişəndə onun vaxtsız ölümündən söz açan şeirlərdən birinin SərdarƏsəd tərəfindən yazıldığı da diqqətə çatdırılmışdır. Elə bu nisgilli ovqatın fonunda Əli Kərimin"İki sevgi” şeirini Əbülfət Həsənoğlu, "Qaytar ana borcunu” əsərini isə MəmmədMərzili əzbərdən söyləmiş, ayrı-ayrı şəxslərin dilində isə Sərdar Əsədinziddiyyətlərlə dolu həyatının zülmət səmtindən soraq verən bir neçə poetiknümunəsi dilə gətirilmiş, sağlığında bu nadir istedad sahibinə edilənhaqsızlıqlar hamıda təəsüf hissi doğurmuşdur.

Tədbiri Sərdar Əsədin:

Yeyli-yerində hər söz

Qiymətli bir incidir,

Ürəkdən gəlməyənlər

Ürəkləri incidir.

-deyimi iləyekunlaşdıran AYB Mingəçevir bölməsinin sədri avqust ayının 28-də "Palitra” ƏdəbiKulubunun növbəti yaradıcılıq gününün görkəmli elm xadimi-söz sərrafı Xudu Məmmədovavə oxucuların yaddaşında istedadlı qələm sahibi kimi əbədi olaraq yer alan mərhumşair Ənvər Rzaya həsr olacağını bildirmiş, Əli Kərim, Sərdar Əsəd və Vaqifİbrahimin şəxsiyyətlərinə və əsərlərinə dəyər verən "Dəyirmi masa”iştirakçılarına təşəkkürünü bildirmişdir.

BəhmanGülövşəli

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevirbölməsi, şair