adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Noyabr 2019 10:02
33110
SİYASƏT

ƏLİ İNSANOVUN PARTİYASI YARANMAMIŞ DAĞILIR

Əsrin əvvəllərində Rusiyada Savinkov familiyalı məşhur bir siyasətçiolub, hakimiyyətə can atırmış,amma alınmayıb. Lenin ona do gəlib, oda çıxıbgedib Avropaya, başlayıb Rusiyanınəleyhinə kampaniya aparmağa. Hökumət görür zəhlələrini çox tökür, xüsusi xidmət orqanları xaricdə yığışıblar onunbaşına, inandırıblar ki, qayıtsın Moskvaya, xalq onu çox sevir. Elə qatardan düşən kimimilyonlar onu qarşılayacaq, yeni bir inqilab olacaq və hakimiyyətə gələcək. Hətta Rusiyanın daxilində də onun təşkilatlarını yaradıblar. Qəzetlər onun haqqında yazıb göylərə qaldırmışdılar.

O dagəlib. Həqiqətən vağzalda babatqarşılayıblar, ən bahalırestoranların birində ziyafət təşkil ediblər, sağlığına ayaq üstəiçiblər, sonra da qolunuqandallayıb aparıblar həbsxanaya,altı aydan sonra dagüllələyiblər.

Azərbaycandada belə savinkovlar olub, bu barədə ötənlərdəyazmışam, təkrar etmək istəmirəm.

İndi Əliİnsanov da həbsxanada olanda elə bilirdi ki, ayağını bayıraqoyan kimi ən azı bütün ermənistanlılaryığışacaq onun başına, o da inqilabedəcək. Amma alınmadı.

Getdi vaxtiləfaşist adlandırdıqları ilə birmasa arxasında əyləşdi, amma yenəalınmadı.

Və nəhayət,partiya yaratmaq təşəbbüsündə bulundu, 15 nəfərdən ibarət təşkilat komitəsininiclasını keçirdi. Vaxtiləiqtidarda olub, sonra iqtidardan inciyənləri topladı ətrafına. Partiyaya da çox maraqlı bir ad qoydu: Haqq və Ədalət Partiyası. Dərhal da partiyanın adı lağlağıyaçevrildi, mətbuatda və sosial şəbəkədə partiya iləməzələnməyə başladılar.

Arxasınca15 nəfərdən ibarət təşkilatkomitəsinin üzvlərindən ikisi bildirdilər ki, onlar belə birpartiya təşəbbüsündə bulunmayıblar,adlarından istifadə edirlər.

Qaldılar13 nəfər, nəhs rəqəm. Əslində Azərbaycandakıpartiyaların çoxu şirkətdi vəpartiya sədrləri də özlərini şirkət sahibi kimi aparırlar. Pis deyil, alababat da dolanırlar.

Yenişirkət də açmaq çox çətin olduğundan Əli İnsanovun yaratdığı partiya çətin ki bubazara girə bilə.

Analitikşöbə