Əli Hüseynli: Sanksiyalar tətbiq ediləcək
“Qanun layihəsində nəzərdə tutulan tələblərin icrası inzibati məsuliyyətlə təmin ediləcək”.
Adalet.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı qanun layihəsinin hüquqi aspektlərindən danışıb.
O bildirib ki, sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi və platformalara dair yeni tələblərin müəyyən edilməsi hüquqi mexanizmlərlə dəstəklənir. Deputatın sözlərinə görə, qanun layihəsi mövcud qanunvericiliklə uzlaşdırılıb və inzibati məsuliyyət məsələləri də nəzərdə tutulub.
Əli Hüseynli qeyd edib ki, layihəyə əsasən, yaşla bağlı tələblərin pozulması halında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə sanksiyaları tətbiq ediləcək. O vurğulayıb ki, bu yanaşma həm platformaların, həm də müvafiq qurumların məsuliyyətini artıracaq.
Deputat əlavə edib ki, qanun layihəsinin əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək və hüquqi mexanizmlərlə bu sahədə effektiv nəzarət sistemini formalaşdırmaqdır.
Digər Xəbərlər
22 Iyul 2026 20:24
Dünya mediası Prezidentin Almaniya səfərindən yazır - FOTOLAR
22 Iyul 2026 19:38
Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi haqqında Saziş imzaladı - FOTOLAR
22 Iyul 2026 17:28
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
22 Iyul 2026 16:04
Prezident Fərman imzaladı
22 Iyul 2026 13:15
“Ordumuzu, vətənimizi ələ salan biri indi çox rahatca deyir ki...”
22 Iyul 2026 11:46
"Mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - Hikmət Hacıyev
22 Iyul 2026 08:31
“Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur”
21 Iyul 2026 22:28


Bakı -°C

