Əli Əsədov Tacikistanın baş nazirinin müavini ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistan baş nazirinin müavini Usmonali Usmonzoda ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, bu prosesdə dövlət başçılarının siyasi iradəsinin mühüm rolu qeyd edilib.
Ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat-tranzit və enerji sahələrində birgə fəaliyyətin gücləndirilməsi, həmçinin humanitar əlaqələrin inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bu baxımdan Hökumətlərarası Komissiyanın sabah Bakıda keçiriləcək 8-ci iclasının əhəmiyyəti vurğulanıb.
Digər Xəbərlər
20 May 2026 14:58
Prezident onları təltif etdi
20 May 2026 14:45
Bu şəxslər hərbi xidmətə çağırılır - SƏRƏNCAM
20 May 2026 13:32
“İndi isə tarixdə Laçının işğal günü yoxdur, azadlıq günü var”
20 May 2026 13:32
İran ABŞ strateji mürəkkəb vəziyyətlə üzləşdirib – Politoloq
20 May 2026 10:35
Azərbaycan XİN Milli Günü münasibətilə Kamerunu təbrik edib
20 May 2026 10:19
“Çin Rusiyaya hazır hərbi texnikanın birbaşa ixracını dayandırsa da...”
19 May 2026 20:25
Bakı mədəni irsin qorunması baxımından mühüm mərkəzdir - Hikmət Hacıyev
19 May 2026 19:11


Bakı -°C

