Bu şəxslər hərbi xidmətə çağırılır - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, Sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il iyulun 1-dən 30-dək ehtiyata buraxılır.
Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.
Digər Xəbərlər
20 May 2026 14:58
Prezident onları təltif etdi
20 May 2026 13:32
“İndi isə tarixdə Laçının işğal günü yoxdur, azadlıq günü var”
20 May 2026 13:32
İran ABŞ strateji mürəkkəb vəziyyətlə üzləşdirib – Politoloq
20 May 2026 10:35
Azərbaycan XİN Milli Günü münasibətilə Kamerunu təbrik edib
20 May 2026 10:19
“Çin Rusiyaya hazır hərbi texnikanın birbaşa ixracını dayandırsa da...”
19 May 2026 20:25
Bakı mədəni irsin qorunması baxımından mühüm mərkəzdir - Hikmət Hacıyev
19 May 2026 19:11
“Azərbaycanın enerji ixrac imkanları daha da genişlənir”
19 May 2026 19:00


Bakı -°C

