"Regionun qalıcı sülhə sahib olacağına inanırıq" - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşündə deyib.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan iqtisadi və strateji əlaqləri genişləndirir.
"Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb və regionun qalıcı sülhə sahib olacağına inanırıq. Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm", - o qeyd edib.
Türkiyə lideri həmçinin Pakistan və Hindistan arasında atəşkəsi alqışlayıb.
Türkiyə Prezidenti vurğulayıb ki, lazım gəlsə, Pakistan və Hindistan münasibətlərinin normallaşmasına vasitəçilik edə bilərlər.
Daha sonra üçtərəfli (Azərbaycan, Türkiyə, Pakistan-red.) əməkdaşlıqdan söz açan Ərdoğan bu əlaqələri inkişaf etdirmək üçün xarici işlər nazirləri arasında da görüşləri sıxlaşdırılacaqlarını bəyan edib: "Türkiyə, Azərbaycan və Pakistan olaraq mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər toplantısı keçirərək münasibətləri daha da möhkəmləndirəcəyik. Müdafiə və nəqliyyat sahəsində əməkdaşlığa da birlikdə töhfə verəcəyik".
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

