Ələt-Astara yolunda yük maşını yandı - VİDEO
Ələt-Astara magistral avtomobil yolunda yük avtomobili yanıb.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 56-cı kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "MAN" markalı yük avtomobilinin qoşqusunda baş vermiş yanğın genişlənərək digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qoşqunun iki ədəd təkəri yanıb.
Yük avtomobili və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.
Digər Xəbərlər
19 Noyabr 2025 09:54
Bakıda sıxılmış qaz daşıyan yük avtomobili qəza törətdi - VİDEO + YENİLƏNİB
18 Noyabr 2025 16:39
Qaxda yeniyetmə tüfəngdən açılan atəş nəticəsində yaralanıb
17 Noyabr 2025 17:56
Qəbələdə yanğın olub - VİDEO
17 Noyabr 2025 13:19


Bakı -°C

