adalet.az header logo
  • Bakı -°C
19 Noyabr 2025 12:03
65
İQTİSADİYYAT
A- A+

"Neftdən asılılığın azaldılması əsas prioritetdir” - Nazir

“2026-cı il üçün dövlət və icmal büdcələrin layihələri ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunub”.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib. 

Nazir bildirib ki, qeyri-neft gəlirlərinin dinamik olaraq artması dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır: "Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət tərəfindən metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyənləşdirilib. Təqdim olunan 2026-cı il dövlət büdcəsi layihəsində eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırılması prinsipi rəhbər tutulub ki, bu da fiskal dayanıqlığın digər mühüm parametrləri kimi çıxış edir".